Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə444/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   440   441   442   443   444   445   446   447   ...   1820
4. Fiziki şəxsin ölmüş elan edilməsi  

Mülki hüquq münasibətlərində yaranan qeyri-müəyyənliyin aradan qaldırılması həm də fiziki şəxsin ölmüş 

elan edilməsi kimi hüquq institutu ilə təmin olunur. Bu institutu əvvəlki 1964-cü il MM-i də tanıyırdı. Həmin 

məcəllənin 21-ci maddəsi vətəndaşın ölmüş elan edilməsi ilə bağlı olan münasibətləri tənzimləyirdi. Ölmüş elan 

etmə  institutu  bir  çox  xarici  ölkələrin  qanunvericiliyinə  də  məlumdur.  Onu  Almaniyanın,  Italiyanın,  RF-in, 

ümumiyyətlə, roman-german hüquq ailəsi ölkələrinin qanunvericiliyi də tanıyır. Məsələn, Fransa qanunvericili-

yi dənizdə itkin düşən şəxsin ülmüş elan edilməsi barədə qayda nəzərdə tutur (MM-in 88-92-ci maddələri). Al-

maniya Mülki Qanunnaməsi xəbərsiz itkin düşməklə bağlı olaraq şəxsin ülmüş elan edilməsi özrə münasibətin 

tənzimlənməsinə xüsusi diqqət yetirir (§ 14-17). Yaponiya qanunvericiliyinə görə, itkin düşmədən yeddi il kez-

dikdən  sonra  (və  ya  ülüm  təhlükəsi  yaradan  vəziyyətin  başa  çatmasından  sonra)  şəxs  ülmüş  elan  edilə  bilər 

(MM-in 31-ci maddəsi). Müstəqil hüquq institutu kimi ölmüş elan etmə ingilis-amerikan hüquq ailəsinə məlum 

deyildir.  

Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi hüquqi cəhətdən qeyri-müəyyənliyi tam aradan qaldırmır, 

onu yalnız dəf edir, maneəni aşır. Belə ki, xəbərsiz itkin düşmüş hesab edildiyi zaman fiziki şəxs bəzi hüquq 

münasibətlərinin iştirakçısı olmaqda davam edir. Məsələn, xəbərsiz itkin düşmüş hesab edilən şəxs malik oldu-

üu yaşayış evinə və digər əmlaka sahiblik, əmlakdan istifadə və onların özərində sərəncam vermək hüququnu 

həyata keçirə bilmir. Amma buna baxmayaraq həmin şəxs yaşayış evi və digər əmlakla bağlı mülkiyyət hüquq 

münasibətlərinin subyekti kimi qalır. Onun mülkiyyət hüququna xitam verilmir. Belə ki, əşyaya sahiblik, əşya-

dan istifadə və onun barəsində sərənjam hüquqlarından məhrum olsa da, mülkiyyətzi yenə də mülkiyyətzi ola-

raq qalır. 

Hüquq münasibətlərində qeyri-müəyyənliyi yalnız fiziki şəxsin təbii ölümü (fizioloæi və bioloæi ölümü) ara-

dan qaldıra bilər. Fiziki şəxsin uzun müddət olduüu  yer məlum deyilsə  və onun olduüu  yeri müəyyən etmək 

qeyri-mümkündürsə, bu, fiziki şəxsin saü olmamasını, ölməsini güman və ehtimal etməyə əsas verir. Onda belə 

halda  həmin  şəxs  ölmüş  elan  edilir  ki,  bu,  onun  təbii  ölümünə  bərabər  tutulur.  Həmin  münasibətlər  müvafiq 

mülki hüquq normaları ilə tənzimlənir ki, bu normaların məcmusu fiziki şəxsin ölmüş elan edilməsi institutunu 

yaradır. 

Fiziki şəxsin ölmüş elan edilməsi həm də hüquqi aktdır. Bu aktın əsasını fiziki şəxsin ölməsi prezumpsiyası 

(ehtimalı) təşkil edir. Hüquqi akt mənasında fiziki şəxsin ölmüş elan edilməsi dedikdə, onun saü olmaması-

nın  və  yaşamamasının  məhkəmə  qaydasında  ehtimal  və  güman  edilməsi  başa  düşülür.  Bu  aktı  fiziki  şəxsin 

ölüm faktının müəyyənləşdirilməsindən fərqləndirmək lazımdır. Fiziki şəxsin ölüm faktının müəyyənləşdiril-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin