Qeyd etmək lazımdır ki, hər hansı qurum fəaliyyət göstərmək, müəyyən məqsədə nail olmaq üçün yaradılır.
Qarşıya qoyulan məqsədə çatması və fəaliyyət göstərməsi üçün quruma daxil olan özvlərin (təsisçilərin, iştirak-
146
çıların)
mə
qsə
dyönlü fə
aliyyə
ti gərəkdir. Bu niyyətlə qurumun idarə orqanları yaradılır. O, təkbaşına və kolle-
gial orqanlar formasında ola bilər. Lazım gəldikdə qurumun müvafiq bölmələri — şöbələri, sexləri, idarələri və
s. yaradılır. Onların fəaliyyəti bir-birilə bağlı olub, qarşılıqlı surətdə bir-birini şərtləndirir. Ayrı-ayrı şöbələr ara-
sındakı əlaqələr iyerarxiya prinsipi, yəni aşaüıların yuxarılara tabeçiliyi prinsipi özrə qurulur. Şöbələrin və digər
bölmələrin fəaliyyəti ümumi rəhbər orqana tabedir. Bu orqan qurumun iradəsini formalaşdırır və ifadə edir. Qu-
rumun rəhbər orqanı (rəhbəri) qurum adından fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisələrdə, idarə-
lərdə və təşkilatlarda təmsil edir və digər hərəkətlər edir. Bunun nəticəsində isə qurumun çoxsaylı iştirakçıları-
nın arzusu qurumun tam və bütöv halda vahid iradəsinə çevrilir.
Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, qarşısına qoyduüu məqsədə çatması üçün qurum özünün idarə
orqanlarının və bölmələrinin vasitəsi ilə fəaliyyət göstərir. Bu orqan və bölmələrin sistemi onun daxili struktu-
runu (quruluşunu) təşkil edir. Daxili struktura malik olmaq onu ifadə edir ki, qurum təşkilati cəhətdən, yəni təş-
kil olunmaq cəhətdən vahiddir. Təşkilati vahidlik qurumun bütün özvlərinin (iştirakçılarının) fəaliyyətini eyni
bir məqsəd ətrafında birləşməyə imkan verir. Həyata keçirilən fəaliyyət vahid məqsədə nail olunmasına tabe
edilir. Təşkilati vahidliyin mahiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə qurumun çoxsaylı iştirakçılarının işi
tək bircə subyektin — qurumun özünün fəaliyyətinə çevrilir. Məhz təşkilati vahidliyin sayəsində və köməyi ilə
qurum özvlərinin çoxplanlı və çoxcəhətli işi müəyyən mərkəzdən idarə olunur, ona rəhbərlik edilir və qarşılıqlı
surətdə əlaqələndirilir. Beləliklə, təşkilati cəhətdən qurumda birləşən çoxsaylı şəxslər iqtisadi (əmlak) dövriyyə-
də, mülki hüquq münasibətlərində bir şəxs kimi, vahid hüquq subyekti kimi çıxış edir. Daha doürusu, təşkilati va-
hidlik quruma hüquqi şəxs statusu əldə etmək imkanı verir.
Deməli, təşkilati vahidlik dedikdə, qurumun qarşıya qoyulan məqsədə çatması üçün idarə orqanları-
Dostları ilə paylaş: