ların) və digər şəxslərin malik olduqları əmlak arasında hədd qoyulması, onların bir-birindən ayrılması başa dü-
ülür. Ayrılmış bu cür əmlak qurumun həyata keçirdiyi fəaliyyətin maddi bazası rolunda çıxış edir. Bunun tə-
Qurumun hüquqi şəxs kimi tanınmasını şərtləndirən əlamət kimi «mülkiyyətində ayrıca əmlakı olması» de-
dikdə, nə başa düşülür? Qurumun mülkiyyətində müəyyən əmlakın olmaması onun hüquqi şəxs statusu əldə et-
mək imkanını istisna etmirmi? Bu suallara verilən cavab mülki hüquq elmində diskussiya doüurur. Bir qrup
müəlliflər belə hesab edirlər ki, mülkiyyətçinin (qurumun) özünün əmlakı olmaması onun mülki (əmlak) döv-
riyyədə müstəqil surətdə iştirak etmək və bununla da mülki hüquq münasibətlərinin subyekti olmaq (hüquqi
xs olmaq) imkanını qeyri-mümkün edir. Onların fikrincə, təkcə yalnız icarəyə götürülmüş əmlak və ya borc
147
tanınmazsa, normal əmtəə-pul münasibətlərində iştirak edə bilməz.
kinci qrup alimlər bunun əksi olan mövqedə dayanırlar. Bu qrup alimlərin fikrincə, qurumun mülkiyyətində
ə
mlakının olmaması onun hüquqi şəxs kimi tanınmamasına heç də dəlalət etmir. Mülkiyyətində əmlak olmadan
da müvafiq qurum hüquqi şəxs statusu əldə edə bilər. Onlar göstərirlər ki, bəzi hüquqi şəxslərin (məsələn, in-
vestisiya institutlarının və s.) mülkiyyətində əmlak olmur. Bu cür hüquqi şəxslərin əmlakı icarəyə götürülmüş
binadan və avadanlıqlardan, habelə bank hesabındakı pul vəsaitindən ibarətdir.
Zənn edirik ki, bu cür mübahisə müstəvisində ikinci qrup müəlliflərin mövqeyi daha aülabatandır. Dözdür,
MM-in 43-cü maddəsinin 1-ci bəndində ifadə edilən «hüquqi şəxs mülkiyyətində ayrıca əmlakı olan qurumdur»
kimi göstərişi hərfi təfsir etdikdə belə nəticəyə gəlmək mümkün olur ki, qurumun mülkiyyətində əmlakının ol-
maması onun hüquqi şəxs statusu qazanması imkanını heçə endirir, yəni mülkiyyətində əmlak olmayan qurum
hüquqi şəxs kimi tanına bilməz.
Amma bu göstərişi hərfi yox, genişləndirici təfsir etmək lazımdır. Belə ki, qurumun hüquqi şəxs kimi tanın-
ması üçün əsas olan «ayrıca əmlak» anlayışına təkcə qurumun mülkiyyətində olan əmlak növlərini yox, həm də
onun icarəyə və kirayəyə götürdüyü əşyaları (binaları, istehsal vasitələrini, avadanlıqları, dəzgahları, maşınları,
nəqliyyat vasitələrini və s.), habelə müxtəlif cür öhdəlik (tələb) hüquqlarını (məsələn, bank hesabındakı pul və-
saitinin verilməsini tələb etmək hüququnu və s.) aid etmək lazımdır.
Dostları ilə paylaş: