C. Müstəqil surətdə mülki (əmlak) dövriyyədə öz adından
çıxış etmək əlaməti
Müstəqil surətdə mülki (əmlak) dövriyyədə öz adından çıxış etmək əlaməti dedikdə, qurumun sərbəst
olaraq, heç kəsdən asılı olmadan qanunun yol verdiyi bütün mülki hüquq münasibətlərində iştirak etmək imkanı
və qabiliyyəti başa düşülür. Qurum öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata ke-
çirmək, vəzifələr daşımaq hüququna, habelə əmlakı ilə öz öhdəlikləri üçün cavabdeh olmaq imkanına malik ol-
duqda hüquqi şəxs kimi tanınır (MM-in 43-cü maddəsinin 1-ci bəndi). Bu əlamət qurumun iki cür hüquqi imka-
na malik olmasını ifadə edir.
Birinci hüquqi imkan qurumun öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqlara malik olmaq, onları
ə
Dostları ilə paylaş: |