kinci hüquqi imkan qurumun müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşımaq qabiliyyətini əhatə
edir. Bu, o deməkdir ki, hər bir qurum öz öhdəlikləri üçün əmlakı ilə cavabdehdir. Onun üçün heç kəs — nə tə-
sisçilər, nə də iştirakçılar cavab verməyə borcludurlar. Kreditorlar öz tələblərini quruma məxsus olan əmlaka
yönəldə bilərlər. Elə əmlakın ayrılması da kreditorların quruma ola bilən mümkün iddialarını və pretenziyaları-
nı təmin etmək, ödəmək məqsədini güdür. Qurumun nizamnamə kapitalı (şərikli kapital və ya pay haqqı fondu),
hər şeydən əvvəl, məhz bu məqsədə xidmət edir. Nizamnamə kapitalının (şərikli kapital və ya pay haqqı fondu-
nun) miqdarı kreditorların mənafelərini təmin edən həcmdə olmalıdır. Beləliklə, hüquqi şəxs statuslu hər bir qu-
rum öz öhdəlikləri üçün müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşıyır. Bu cür məsuliyyət daşımaüın vacib
ilkin şərti və zəmini həmin qurumun ayrıca əmlaka malik olmasından ibarətdir. Məhz bu əmlak hesabına kredi-
torların tələb və iddiaları təmin edilir.
Mülki (əmlak) dövriyyədə müstəqil surətdə iştirak etmək əlaməti qurumun hüquqi şəxs kimi tanınması üçün
gərək olan əlamətlər arasında yekun əlamət kimi nəzərdə tutulur. Ona görə ki, təşkilati struktura, ayrıca əmlaka
və əmlak müstəqilliyinə malik olan qurum məhz bu əlamət sayəsində qanunun yol verdiyi bütün mülki hüquq
münasibətlərində subyekt rolunda iştirak etmək imkanı qazanır. Həmin əlamətin daha bir xüsusiyyəti də vardır:
o, hüquqi şəxsin yaradılması məqsədi ilə sıx surətdə bağlıdır. Axı, hüquqi şəxs xüsusi olaraq mülki (əmlak)
dövriyyədə iştirak etmək üçün yaradılan qurumdur.
Göstərilən əlaməti bəzi müəlliflər hüquqi əlamət, digər müəlliflər isə maddi-hüquqi əlamət hesab edirlər.
Dostları ilə paylaş: |