subyekt kimi korporasiyanın özü; real subyekt kimi korporasiyanın ayrı-ayrı özvləri. Korporasiyanın əmlakı öz-
rə səlahiyyət hər iki qrup subyektə məxsusdur. Bartol belə hesab edirdi ki, korporasiya bu əmlakın ali mülkiy-
yətçisi kimi, korporasiya özvləri isə müstəqil olmayan, asılı mülkiyyətçilər kimi çıxış edirlər.
Fiksiya nəzəriyyəsi bir çox yözilliklər hüquq ədəbiyyatının səhifələrində işıqlandırılan əsas məsələ olmuş-
dur. Bu nəzəriyyə xüsusən XIX əsrdə daha geniş yayılmışdır. Indiki dövrdə fiksiya nəzəriyyəsi müasir Qərb si-
Ümumiyyətlə, XIX əsr boyu hüquqi şəxslər, inqilabaqədərki tanınmış rus sivilisti I.A.Pokrovski demişkən,
150
hüquq ədəbiyyatında ən sevimli mövzulardan biri olmuşdur. O dövrlər sivilistika elmini (doktrinasını) belə bir
sual çox maraqlandırırdı: hüquqi şəxs adlandırılan bəzi sosial qurumların mülki (əmlak) dövriyyədə fiziki şəxs
kimi, vahid real insan kimi subyekt rolunda çıxış etməsini necə və nə ilə izah etmək olar? Hüquqi şəxs kimi ta-
nınan bu qurumlar hüququn real subyekti kimi mövcuddurmu? Göstərilən bu suallara cavab vermək üçün XIX
ə
sr ərzində bir sıra fundamental nəzəriyyə, konsepsiya və təlimlər yaradılmışdır
Ilk dəfə olaraq hüquqi şəxs haqqında nəzəriyyəni alman tarixi məktəbinin tərəfdarları işləyib hazırlamaüa
başlayırlar. Söhbət, hər şeydən əvvəl, XIX əsrin F-K.f.Savinyi və B.Vindşeyd kimi tanınmış alman sivilistlərin-
dən gedir. Onların alman sivilistika ədəbiyyatında əsaslandırdığı fundamental konsepsiya fiksiya nəzəriyyəsi
adlanır.
Fiksiya nəzəriyyəsinə görə hüquqi şəxslər təbiət tərəfindən yox, hüquq tərəfindən yaradılır. O, təbii yox, sü-
ni, dözəltmə və qondarma qurumdur. Həqiqətdə hüququn subyekti olmaq xüsusiyyətinə yalnız iradəsi, düşüncə-
si və şüuru olan insan malik ola bilər. Hüquqa malik olmaq qabiliyyəti hüquqi şəxslərə süni surətdə verilir. Hü-
quqa malik olmaq qabiliyyəti tamamilə dövlətin iradəsindən asılıdır. Ona görə də hüquqi şəxslər yalnız icazə
qaydasında yaradılmalıdır. Madam ki, dövlət hüquqi şəxsləri yaradır, o da öz istəyi ilə onları ləğv etmək hüqu-
quna malikdir. Hüquqi şəxslər qanunvericinin uydurduüu hüquq subyektidir. O, hüquqi fiksiyadır, reallıqdan
uzaq olan mücərrəd anlayışdır. Bununla belə, praktiki məqsədlər üçün hüquqi şəxslər insan şəxsiyyətinin xüsu-
siyyətlərini təcəssüm etdirə, ifadə edə və canlandıra bilər.
Fiksiya nəzəriyyəsi inqilabaqədərki rus mülki hüquq elmində də dəstəklənir. O, dövrün D.I.Meyer,
A.M.Qulyayev və G.F.Şerşeneviç kimi görkəmli sivilistləri hüquqi şəxslərin hüququn qeyri-real, uydurma sub-
yekti sayılması barədə fikirlər söyləyirdilər. G.F.Şerşeneviç yazırdı ki, hüquqi şəxslər müəyyən məqsədə çat-
maq üçün yaradılan süni dövriyyə subyektidir.
XIX əsrdə irəli sürülən konsepsiyalardan biri məqsədli əmlak nəzəriyyəsi adlanır. Bu nəzəriyyəni alman si-
vilisti A.f.Brins əsaslandırmışdır. Həmin nəzəriyyə hüquqi şəxs xüsusiyyətinə malik olan real subyektin möv-
cudluüunu inkar edir. Onun mahiyyəti bundan ibarətdir ki, hüquqi şəxs «subyekt olmayan şəxsiyyətdir». Hüqu-
qi şəxs əmlak deməkdir. Özü də hər hansı subyektə məxsus olan əmlak yox. Elə bir əmlak ki, bu əmlak hüqu-
qun subyekti rolunu oynamaq məqsədi üçün ayrılır. Belə halda hüququn subyekti, ümumiyyətlə, lazım deyil.
Belə ki, göstərilən halda hüququn subyekti rolunu məhz bu məqsəd üçün ayrılmış əmlak yerinə yetirir. Nə vaxta
kimi hüququn subyekti rolunu oynamaq məqsədi mövcuddur, o müddətə qədər də hüquqi şəxs məqsədli əmlak
(zweckvermögen) kimi qalır və saxlanır.
XX əsrin əvvəllərində Fransa sivilistika doktrinasında kollektiv mülkiyyət və ya kollektiv əmlak adlı nəzə-
riyyə irəli sürülür. Bu nəzəriyyə fransız sivilisti M.Planiol tərəfindən əsaslandırılmışdır. Həmin nəzəriyyənin
mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxs yaradıldıqdan sonra onun əmlakı bütün kollektivin əmlakı olur. Bu
kollektivi yaradan fərdlər (fiziki şəxslər) özlərini həmin kollektivin əmlakının hər hansı bir hissəsinin mülkiy-
yətçisi saya bilməzlər. Hüquqi şəxsin özü isə kollektivə məxsus olan əmlakın xüsusi qaydada idarə olunması
üsuludur. Bu nəzəriyyə hüquqi şəxsi kollektiv əmlak sayaraq onun hüququn subyekti kimi mövcud olmasını in-
kar edirdi.
Fiksiya nəzəriyyəsinə qarşı qoymaq üçün XIX əsrdə məşhur alman sivilist alimi R.f.Ierinq mənafe nəzəriy-
Dostları ilə paylaş: