Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə483/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   479   480   481   482   483   484   485   486   ...   1820
yəsi adlı konsepsiya irəli sürür. Amma buna baxmayaraq müəyyən hallarda və parametrlərdə bu nəzəriyyəyə 

fiksiya nəzəriyyəsinin təsiri hiss olunmaqdadır. O, fiksiya nəzəriyyəsinin təsirindən tamamilə azad ola bilmir. 

Buna görə də mənafe nəzəriyyəsinə fiksiya nəzəriyyəsinin başqa bir variantı kimi baxılır. Mənafe nəzəriyyəsinə 

görə hüquqi şəxsin öz xüsusi mənafeyi yoxdur və ola da bilməz. Hüquqi şəxsin (korporasiyanın) əmlakı həqi-

qətdə onun özvləri olan real fiziki şəxslərə — destinatorlara məxsusdur. Destinatorlar faktiki surətdə həmin əm-

lakdan istifadə edərək fayda götürürlər. Destinatorların mənafeyi vardır. Onların ümumi mənafeyini isə hüquqi 

şə

xs ifadə edir. Hüquqi şəxsin yaradılması destinatorların mənafeyini təmin etməklə bağlıdır. Hüququn əsl və hə-



qiqi subyekti rolunda hüquqi şəxsin özü yox, onun ayrı-ayrı özvləri (destinatorlar) çıxış edirlər. Hüquqi şəxs desti-

natorların subyektiv hüquqlarını və mənafelərini təcəssüm etdirmək üçün yaradılan süni mərkəzdir. Hüquqi şəxs 

yalnız hüquqi-texniki üsuldur. O, bir neçə fiziki şəxsin bəzi ümumi məqsədə çatmaları üçün əmlaka malik olmala-

rının xüsusi formasıdır. Inqilabaqədərki bəzi rus sivilistləri (Y.S.Qəmbərov, N.M.Korkunov) bu nəzəriyyəyə ma-

hiyyətcə tərəfdar çıxaraq, onu inkişaf etdirmişlər. 

 Beləliklə,  göstərilən  nəzəriyyələr  mahiyyətcə  hüququn  subyekti  kimi  hüquqi  şəxsin  reallıüını tanımır. 

Bu nəzəriyyələr hüquqi şəxs xüsusiyyətinə malik olan real subyektin mövcudluüunu inkar edir, həqiqi və əsl so-

sial qurum kimi hüquqi şəxsin fəaliyyət göstərməsinin reallıüını qəbul etmir. Həmin nəzəriyyələrin əsasını hü-

quqi şəxsin uydurulmuş, qondarılmış və süni qurum olması barədə fikir və ideya təşkil edir. 

Fiksiya nəzəriyyələri yaranan kimi ona qarşı qoyulmaq üçün müxtəlif konsepsiya və təlimlər işlənib hazırla-

nır. Bu konsepsiya və təlimlər hüquqi şəxsləri süni, uydurma və qondarma qurum hesab etmir. Onların ifadə et-



 

151


diyi əsas ideya və tezis hüquqi şəxslərin hüququn real subyekti kimi mövcudluüunu tanımaq fikrindən ibarətdir. 

Ona görə də bu konsepsiyalar hüquqi şəxslərin reallıüı adını alır. Həmin konsepsiyalardan biri özvi nəzəriyyə 

adlanır. Bu nəzəriyyənin hüquqi məzmununu alman sivilisti O.f.Girke işləyib hazırlamışdır. 

Özvi nəzəriyyə hüquqi şəxsi insan şəxsiyyətinə bənzədir. O, canlı orqanizm, canlı şəxsiyyət və canlı varlıq-

dır. Hüquqi şəxs həm cismani (maddi), həm də ruhi (mənəvi) orqanizmdir. Hüquqi şəxsin ruhunu onun ümumi 

iradəsi, bədənini isə ittifaqın orqanizmi təşkil edir. O, ictimai orqanizmdir. Hüquqa malik olmaq qabiliyyətini 

hüquqi şəxsin özünün mahiyyəti yaradır. Bunun üçün heç kəsin sanksiya (icazə) verməsi tələb olunmur. Sanksi-

ya  (icazə)  yox,  sadəcə  olaraq  dövlət  tərəfindən  etiraf  olunmaq  real  orqanizm  kimi  hüquqi  şəxsin  yaranması 

üçün əsasdır.  

Özvi nəzəriyyənin inkişaf etdirilməsi fransız sivilistikasında sosial reallıq adlı nəzəriyyənin yaranmasına sə-

bəb olur. Bu nəzəriyyə fransız hüquqşünasları P.Mişu və R.Salleyl tərəfindən işlənib hazırlanır. R.Salleyl göstə-

rir ki, hüquqi şəxslərin reallıüının tanınmasında o, Girke ilə tam həmrəydir. Onun fikrincə, hüquqi şəxs bioloæi 

və  ya  biososioloæi  yox,  istisnasız  olaraq,  tamam  sosial  reallıqdır.  O,  müəyyən  əmlak  kompleksinə  əsaslanır, 

ümumi  iradəyə  malikdir,  fiziki  şəxslər  arasında  əlaqəni  ifadə  edir,  bu  şəxslərin  ümumi  mənafeyinə  və  vahid 

məqsədə çatmalarına xidmət edir.  

Hüquqi  şəxslərin  reallıüı  konsepsiyası  inqilabaqədərki  bəzi  rus  sivilistləri  tərəfindən  də  dəstəklənir. 

N.L.Dövernua  hüquqi  şəxsi  «sosial  orqanizmin  canlı  hüceyrəsi»  adlandırır.  Digər  tanınmış  sivilist  alim 

I.A.Pokrovski göstərirdi ki, hüquqi şəxslər bizim hüquqi təfəkkürümöz tərəfindən süni surətdə yaradılan uydur-

ma qurum deyildir; o, ictimai (sosial) reallıqdır. Ona görə də hüquqi şəxsin hüquq qabiliyyəti insanın hüquq qa-

biliyyəti kimi təbiidir. Onun fikrincə, hüquqi şəxs ölü və cansız varlıq yox, sosial orqanizmin canlı hüceyrəsi-

dir. 

Müasir dövrdə xarici sivilistika doktrinasında hüquqi şəxsin mahiyyəti barədə yeni konsepsiya və təlimlərin 



yaranmamasının şahidi oluruq. Burada hüquqi şəxs nəzəriyyələrinə elə də böyük diqqət yetirilmir. Xarici sivi-

list tədqiqatçılar hüquqi şəxs məsələsinin mahiyyətini araşdırarkən sadaladığımız mövcud konsepsiya hüdudla-

rından  kənara  çıxa  bilmirlər.  Odur  ki,  indi xarici  sivilistika  ədəbiyyatı  səhifələrində  elə  bir  yeni  fundamental 

konsepsiyaya rast gəlmirik.  

Bəs, sovet dövrünün sivilistika elmində hüquqi şəxsin mahiyyəti barədə hansı nəzəriyyələr yaranmışdı? Hər 

ş

eydən əvvəl, qeyd edək ki, sovet sivilistika elmi hüquqi şəxs konstruksiyasının mahiyyətinin tədqiq edilməsinə 



və araşdırılmasına xüsusi diqqət yetirirdi. Bu cür tədqiqat və araşdırmaların mərkəzində dövlət hüquqi şəxsləri-

nin  (təşkilatlarının,  idarələrinin  və  müəssisələrinin)  hüquq  subyektliyi  məsələsi  dururdu.  Ona  görə  ki,  sovet 

dövrünün mülki (əmlak) dövriyyəsində həmin hüquqi şəxslər üstün və hakim mövqe tuturdular. Hər bir dövlət 

hüquqi şəxsi mülkiyyət hüququ əsasında dövlətə məxsus olan əmlaka malikdir. O, dövlət mülkiyyətinə əsasla-

nan digər dövlət hüquqi şəxsləri ilə əqdlər bağlayaraq və onu icra edərək eyni zamanda mülki dövriyyədə çıxış 

edir. Belə halda bu cür suallar yaranır: bu subyektlər kimin iradəsini ifadə edir? Bu subyektlərin hər birinin ar-

xasında hansı insan substratı durur?  

Qoyulmuş suallara cavab vermək üçün sovet sivilistika elmi bir neçə nəzəriyyə işləyib hazırlamışdır. Bu nə-

zəriyyələrdən biri D.M.Genkinin əsaslandırdığı sosial reallıq nəzəriyyəsi adlanır. N.Q.Aleksandrov və B.B.×e-

repaxin kimi sovet alimləri həmin nəzəriyyəyə tərəfdar çıxmışlar. Sosial reallıq nəzəriyyəsinə görə hüquqi şəxs-

lər sosial reallıqdır. O, ictimai faydalı məqsədə çatmaq üçün və ya dövlətin və cəmiyyətin qarşısında duran sosi-

al-iqtisadi vəzifələri həll etmək üçün müəyyən əmlakla təmin edilir. Bu nəzəriyyə hüquqi şəxsin insan substratı-

nın müəyyənləşdirilməsinə təşəbbüs göstərilməsindən imtina edir. D.M.Genkin təklif edir ki, hüquqi şəxsin in-

san substratı axtarışından imtina etmək lazımdır. 

Sovet  sivilistika  elmində  irəli  sürülən  konsepsiyalardan  biri  dövlət  nəzəriyyəsi  adlanır.  Bu  nəzəriyyəni 

S.I.Asknazi işləyib hazırlamışdır. Onun fikrincə, dövlət əmlakının yeganə və vahid mülkiyyətçisi dövlətin özü-

dür.  Dövlət  orqanları  mülki  hüquq  münasibətlərinə  girdikdə  onun  əsasında  dövlət  mülkiyyəti  durur.  Buradan 

S.I.Asknazi  belə  nəticə  çıxarırdı  ki,  hər  bir  dövlət  müəssisəsinin  arxasında  onun  əmlakının  mülkiyyətçisi  — 

dövlətin özü durur. Dövlət isə təşkil olunmuş ümumxalq kollektivi deməkdir. Buna görə də müəssisənin (hüqu-

qi şəxsin) əmək kollektivini hüquqi şəxsin insan substratı hesab etmək olmaz. Dövlət bu kollektivin vasitəsi ilə 

müəyyən əmlakdan təsərrüfat məqsədləri üçün istifadə edir. Dövlət hüquqi şəxsləri dedikdə, təsərrüfat həyatının 

konkret sahəsində fəaliyyət göstərən dövlətin özü başa düşülür. 

Hüquq ədəbiyyatı səhifələrində bu nəzəriyyə tənqidlə özləşir. Bu nəzəriyyədən belə çıxır ki, birincisi, dövlət 

öz-özü  ilə  mülki  hüquq  münasibətlərinə  girir.  kincisi,  bu  nəzəriyyə  dövlət  hüquqi  şəxslərinin  mülki-hüquqi 

məsuliyyət məsələsini həll etmir, yəni dövlətin və onun yaratdığı hüquqi şəxslərin məsuliyyəti arasında dəqiq 

sərhəd çəkməyə və hədd qoymaüa imkan vermir. Bundan əlavə, dövlət nəzəriyyəsi əsasında dövlətin və onun 

yaratdığı hüquqi şəxslərin əmlakını dürüst ayırmaq və bölmək mümkün olmur.  



 

152


Sovet dövrünün mülki hüquq elmində formulə edilən konsepsiyalardan biri direktor nəzəriyyəsi adlanır. Bu 

nəzəriyyə Y.K.Tolstoyun əsərlərində əsaslandırılır. Sivilist alim göstərir ki, mülki hüquq münasibətlərinə gir-

mək üçün dövlət orqanlarına hüquqi şəxs statusu və hüququ verilir. Bu münasibətlər sahəsində dövlət orqanları-

nın iradəsini ifadə etməyə yalnız onun rəhbərinin — direktorunun səlahiyyəti və ixtiyarı çatır. Orqanın direkto-

ru hüquqi şəxs adından çıxış edir və dövlət orqanının «hüquqi şəxsiyyətini» ifadə edir. Bu iradə dövlət orqanla-

rının işçilərinin iradəsindən asılı deyildir. Direktorun iradəsi isə dövlətin iradəsi ilə müəyyən olunur. Direktor 

dövlət plan tapşırıqlarına uyüun olaraq dövlət orqanının operativ idarəetməsinə verilmiş əmlaka sahiblik, əm-

lakdan  istifadə,  müəyyən  hallarda  isə,  onun  özərində  sərəncam  vermək  səlahiyyətlərini  həyata  keçirir. 

Y.K.Tolstoyun fikrincə, hər bir dövlət hüquqi şəxsinin arxasında durur: birincisi, dövlət orqanına verilən əmla-

kın yeganə və vahid mülkiyyətçisi — dövlətin özü; ikincisi, dövlət orqanının direktoru. Direktor (rəhbər) hüqu-

qi şəxsin insan substratını təşkil edir. Direktor nəzəriyyəsi də tənqid olundu. Bu nəzəriyyənin əsas və başlıca 

qüsuru onun dövlət hüquqi şəxsi ilə həmin orqanın rəhbəri olan direktoru eyniləşdirməsindən ibarətdir. O, hü-

quqi şəxsin arxasında duran əmək kollektivinin rolunu azaldır.  

Direktor nəzəriyyəsi V.P.Qribanov tərəfindən müəyyən dərəcədə inkişaf  etdirilir. O, başında məsul rəhbər 

duran müdiriyyəti hüquqi şəxsin kollektivlərindən biri hesab edir. Sivilist alim həm də sovet mülki hüquq el-

mində yaranan digər konsepsiyanı — kollektiv nəzəriyyəni müəyyən dəyişikliklə dəstəkləyir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin