mülkiyyəti obyektidir.
Firma adına olan hüquq hüquqi şəxsin şəxsi qeyri-əmlak hüququdur. Bu hüquq hüquqi şəxsin özündən ay-
rılmazdır. Onu özgəninkiləşdirmək olmaz. Özü də dərhal qeyd etməliyik ki, firma adının hüquqi şəxsin özü ilə
birlikdə özgəninkiləşdirilməsi istisna edilmir. Bu, mümkün olan haldır. Biz müəssisənin öz firma adı ilə satıl-
masının tez-tez şahidi oluruq.
Firma adı ilə bağlı münasibətlər əsasən Mülki Məcəllə ilə tənzimlənir. Bu Məcəllənin 50-ci maddəsində ifa-
də olunan normalar həmin münasibətlərin tənzimlənməsinə həsr olunmuşdur. Amma indiyə kimi ölkəmizdə fir-
ma adları barədə xüsusi normativ akt qəbul edilməmişdir. Bu səbəbə görə də firma adları ilə əlaqədar münasi-
bətlərin qaydaya salınmasında keçmiş SSRI qanunvericilik aktından — firma haqqında əsasnamədən (1927) is-
tifadə edilə bilər, bir şərtlə ki, bu cür istifadə MM-ə zidd olmasın.
Göstərilən əsasnamənin öz hüquqi qüvvəsini saxlayıb-saxlamaması məsələsi hüquq ədəbiyyatı səhifələrində
mübahisə doüurur. Cəmi 14 maddədən ibarət olan bu hüquqi sənədin ifadə etdiyi bəzi normalar öz qüvvəsini
itirmişdir. Yeni təsərrüfat sistemi şəraitinə uyüun olaraq hüquqi şəxslərin təşkilati-hüquqi formalarının dəyiş-
məsinə görə həmin sənədin bir sıra maddələri hüquqi əhəmiyyətini və aktuallıüını saxlamır. Bəzi müəlliflər
göstərirlər ki, formal cəhətdən ləğv edilməmiş olsa da, əsasnamə faktiki cəhətdən qüvvəsini itirmişdir. Amma
müasir dövrdə firma haqqında əsasnamənin qüvvəsinə xitam verilməsi kimi nəticə çıxarmaüın heç bir əsası
yoxdur. Bizim fikrimizcə, bu əsasnamənin ifadə etdiyi bəzi hüquqi göstərişlər öz qüvvəsini indiki dövrdə itir-
məmişdir. Firma adı haqqında xüsusi normativ aktın yoxluüu və bir sıra məsələlərin MM-də qaydaya salınma-
ması şəraitində bu hüquqi göstərişlərdən firma adı ilə bağlı münasibətlərin tənzimlənməsində istifadə oluna bi-
lər.
Mülki qanunvericilik firma adının xüsusi olaraq qeydə alınması barədə qayda müəyyən edir (MM-in 50-ci
maddəsinin 2-ci bəndi). Amma bu cür qeydə alınmanın proseduru hələ ki, müəyyənləşdirilməmişdir. Söhbət bu
məsələ barədə indiyə kimi hər hansı bir normativ aktın yoxluüundan və qəbul edilməməsindən gedir. Ona görə
də hal-hazırda firma adı təcrübədə xüsusi olaraq, hüquqi şəxsin qeydiyyatından asılı olmadan qeydə alınmır. Bu
məsələ hüquqi şəxsin qeydə alınması proseduru ilə birlikdə həll edilir. Belə ki, hüquqi şəxsin qeydə alınması
Dostları ilə paylaş: |