ləşdirmə vasitələri odur ki, bunun sayəsində və köməyi ilə hüquqi şəxsin özü, habelə onun fəaliyyətinin nəticə-
ləri ayrılır, fərqləndirilir. Buna görə də bu vasitələr iki cür olur:
●
hüquqi şəxsin özünü fərdiləşdirmə vasitələri;
●
hüquqi şəxsin fəaliyyətinin nəticələrini fərdiləşdirmə vasitələri.
Ə
mtəə-pul münasibətlərinin inkişafı və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı olaraq fərdiləşdirmə
vasitələri bazar iqtisadiyyatının vacib elementinə çevrilir. Total dövlət mülkiyyətinin inhisarı, rəqabətin olma-
ması və əmtəə bazarının zəif inkişaf etməsi şəraitində fərdiləşdirmə vasitələri mühüm rol oynamırdı. Bazar iqti-
sadiyyatına keçidlə əlaqədar olaraq bu vasitələrə münasibət köklü surətdə dəyişmişdir. Yeni təsərrüfat sistemi
mülki (əmlak) dövriyyə iştirakçılarının özünün və onların təsərrüfat-sahibkarlıq fəaliyyətinin nəticələrinin fərdi-
ləşdirilməsini təmin edən hüquqi mexanizmin yaradılmasını obyektiv zərurətə çevirir. Bu hüquqi mexanizm
Dostları ilə paylaş: |