Dövlət hüquqi şəxsləri odur ki, onlar dövlət mülkiyyəti əsasında yaradılır və fəaliyyət göstərir. Bu hüquqi
şə
xslər dövlət əmlakının bazası əsasında əmələ gəlir. Onlara dövlət müəssisələrini, dövlət idarələrini misal gös-
tərmək olar.
Bələdiyyə hüquqi şəxsləri odur ki, onlar bələdiyyə mülkiyyəti əsasında yaradılır və fəaliyyət göstərir. Bu
cür hüquqi şəxslərin maddi bazasını bələdiyyə əmlakı təşkil edir.
Qeyri-dövlət (xüsusi) hüquqi şəxsləri odur ki, onlar xüsusi mülkiyyətə əsaslanır və fəaliyyət göstərir. Bu
hüquqi şəxslərin maddi bazasını fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ əsasında malik olduqları
ə
mlak təşkil edir. Məsələn, ayrı-ayrı şəxslərin yaratdıqları səhmdar cəmiyyətləri, kooperativlər, kommandit or-
taqlıqlar, özəl təhsil müəssisələri və s. bu qəbildən olan hüquqi şəxslərə misal ola bilər.
Qarışıq mülkiyyət əsasında yaradılan hüquqi şəxslərə qarışıq hüquqi şəxslər deyilir. Qarışıq mülkiyyət gös-
tərdiyimiz üç forma mülkiyyətin kombinasiyasından (dövlət və bələdiyyə mülkiyyətindən; dövlət və xüsusi
mülkiyyətdən; bələdiyyə və xüsusi mülkiyyətdən) ibarətdir.
|