Yaradılma qaydası kimi əsasa (meyara) görə hüquqi şəxslər iki növə bölünür:
●
qabaqcadan icazə alınmaqla yaradılan hüquqi şəxslər;
●
qabaqcadan icazə alınmadan normativ qaydada yaradılan hüquqi şəxslər (biz əvvəlki paraqrafların birində
bu hüquqi şəxslərə anlayış vermişik).
Təsisçilərin tərkibi kimi əlamətə (meyara) görə hüquqi şəxslər bölünür:
●
təsisçiləri yalnız hüquqi şəxslər ola bilən hüquqi şəxslərə (məsələn, hüquqi şəxsin ittifaqları);
●
təsisçisi yalnız dövlət ola bilən hüquqi şəxslərə (məsələn, dövlət müəssisələri);
●
təsisçiləri, bəzi istisnalarla, hüququn istənilən subyekti ola bilən hüquqi şəxslərə (məsələn, kooperativ,
səhmdar cəmiyyəti, fond, ümumiyyətlə, yerdə qalan bütün hüquqi şəxslər).
Dostları ilə paylaş: |