lati-hüquqi formasıdır. Bu formanın əsasını Qədim Roma hüququnun ortaqlıq müqaviləsi (societas) təşkil
edir. Həmin müqaviləyə görə, ümumi təsərrüfat məqsədini həyata keçirmək üçün iki və daha artıq şəxs birləşir-
di. Həmin şəxslər ümumi işdə özlərinin əmlak payı və ya şəxsi fəaliyyəti (əməyi) ilə və yaxud da əmlak payı ilə
şə
xsi fəaliyyəti (əməyi) uyüunlaşdırmaqla iştirak edirdilər. Ümumi işin həyata keçirilməsi nəticəsində əldə edi-
lən mənfəət və vurulan zərər müqavilədə nəzərdə tutulan hissələrlə (paylarla) bu şəxslər arasında bölünürdü.
Ə
gər müqavilədə göstərilməzdisə, mənfəət və zərər bərabər hissələrlə onlar arasında bölünürdü.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri kollektiv təsərrüfatçılıq, kollektiv sahibkarlıq formasıdır. Onlar
sahibkarların, təsərrüfatçı şəxslərin, kommersantların və iş adamlarının sahibkarlıq, kommersiya və təsərrüfat
fəaliyyətini birgə və kollektiv surətdə həyata keçirmək üsuludur. Bu qurumlar müasir kommersiya dövriyyəsi-
nin, sahibkarlıq dövriyyəsinin, bir sözlə, iqtisadi (əmlak) dövriyyənin professional, əsas, müstəqil və tam hü-
quqlu iştirakçıları hesab olunur. Onlarda ümumi təsərrüfat (sahibkarlıq, kommersiya) məqsədinə nail olmaq
üçün iştirakçıların kapitalı və şəxsi fəaliyyəti (əməyi) birləşmişdir. Mülki Məcəllə bunu nəzərə alaraq təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin statusunun tam və geniş xarakteristikasını verir (MM-in 64-66-cı maddələri).
Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin əsl mahiyyətinə aydınlıq gətirmək üçün onlar arasında həm
ümumi və oxşar, həm də fərqli cəhətləri müəyyən etməyə çalışaq. Birincisi, bu qurumları birləşdirən ümumi
cəhət ondan ibarətdir ki, onların hər ikisi kommersiya təşkilatıdır. Belə ki, həm təsərrüfat ortaqlıqlarının, həm
də təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdən və bu mənfəəti iştirakçılar ara-
sında bölüşdürməkdən ibarətdir. Özü də onların hər ikisi, əsasən, müqavilə yolu ilə könüllü surətdə, özvlük əsa-
sında yaranır.
Dostları ilə paylaş: |