Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən və bu mənfəəti təsisçilər (iştirakçılar) arasında bö-
lüşdürməkdən ibarət olan hüquqi şəxslərə kommersiya təşkilatları (latınca «commercium» — ticarət) de-
yilir. Həmin təşkilatlar ümumi mülki hüquq qabiliyyətinə malikdir. Bu xüsusiyyət onlara kommersiya (sahib-
karlıq) dövriyyəsinin, bir sözlə, iqtisadi (əmlak) dövriyyənin professional iştirakçısı olmaq imkanı verir.
Kommersiya təşkilatlarına mülki qanunvericilik aid edir:
●
təsərrüfat ortaqlıqlarını;
●
təsərrüfat cəmiyyətlərini;
●
kooperativləri.
Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları
(təsisçiləri) arasında bölüşdürməyə ixtiyarı çatmayan hüquqi şəxslərə qeyri-kommersiya təşkilatları de-
yilir. Bu təşkilatların əsas fəaliyyət məqsədi sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Onlar idarəçilik, tədris-təh-
sil, müalicə, mədəni-maarif, xeyriyyə, dini və digər məqsədlər üçün yaradılır. Bir qayda olaraq, adətən, qeyri-
kommersiya təşkilatları öz fəaliyyətindən mənfəət götürmürlər. Lakin bu hüquqi şəxslər iki şərt əsasında sahib-
karlıq fəaliyyəti ilə məşüul ola bilərlər (MM-in 43-cü maddəsinin 6-cı bəndi): birinci şərtə görə, qeyri-kom-
mersiya təşkilatlarının məşüul olduqları sahibkarlıq fəaliyyəti həmin təşkilatların yaradılması zamanı qarşı-
Dostları ilə paylaş: |