xsi əməkləri ilə iştirak edirlər. Məsələn, tam ortaqlıq bu növ hüquqi şəxslərə misaldır.
aliyyətində öz əməkləri ilə yox, kapitalları ilə, maddi vəsaitləri ilə iştirak edirlər. Məsələn, səhmdar cəmiyyətini
186
●
təsərrüfat ortaqlıqları və cəmiyyətləri formasında hüquqi şəxslər;
●
kooperativ formasında hüquqi şəxslər;
●
dövlət və bələdiyyə müəssisələri formasında hüquqi şəxslər;
●
qeyri-kommersiya təşkilatları — mülkiyyətçi formasında yaradılan hüquqi şəxslər (ictimai və dini təşkilat-
lar, fondlar, hüquqi şəxsin ittifaqları və s.).
Və nəhayət, hüquqi şəxslər fəaliyyət məqsədi və xarakteri kimi əsasa (meyara) görə təsnif edilir. Bu əsasa
görə bütün hüquqi şəxslər iki növə bölünür:
●
kommersiya təşkilatlarına;
●
qeyri-kommersiya təşkilatlarına.
Qeyd etmək lazımdır ki, bu, hüquqi şəxslərin təsnifinin əsasını təşkil edərək daha geniş xarakter daşıyır və
iqtisadi (əmlak) dövriyyənin bütün sferasını əhatə edir. Bu təsnif həm sahibkarlıq münasibətlərində, həm də
qeyri-sahibkarlıq münasibətlərində çıxış edən bütün hüquqi şəxslərin dairəsini müəyyənləşdirməyə imkan verir.
Məhz bu səbəbdən mülki qanunvericilik həmin təsnifə xüsusi əhəmiyyət verir (MM-in 43-cü maddəsinin 5-ci
bəndi).
Dostları ilə paylaş: