ya qoyulmuş məqsədlərə nail olmaüa xidmət etməlidir. Məsələn, dini təşkilat mənfəət əldə etmək üçün nəş-
riyyat-poliqrafiya kimi sahibkarlıq fəaliyyəti ilə məşüul olur və bu fəaliyyətdən əldə etdiyi mənfəəti dini məq-
sədlər üçün istifadə edir. kinci şərt bu fəaliyyətin qeyri-kommersiya təşkilatının yaradılması zamanı qarşıya
qoyulmuş məqsədlərə uyüun gəlməsindən ibarətdir. Məsələn, Yazıcılar Birliyi kimi ictimai birlik, ədəbiyyat
fondu, mədəniyyət və incəsənət fondu və bu kimi qeyri-kommersiya təşkilatları nəşriyyat-poliqrafiya fəaliyyəti
ilə məşüul ola bilər. Bu, onların qarşıya qoyduqları məqsədə uyüundur. Amma, şübhəsiz ki, bu cür təşkilatlar
inşaat fəaliyyəti və ya ticarət-vasitəçilik fəaliyyəti və ya sığorta fəaliyyəti ilə məşüul ola bilməz.
Mülki qanunvericilik kommersiya təşkilatlarını qeyri-kommersiya təşkilatlarından ayırmaüa və fərqləndir-
məyə imkan verən, əsasən, iki cür əlamət (meyar) müəyyən edir. Birinci əlamətə görə, kommersiya təşkilatı
üçün mənfəət əldə etmək onun fəaliyyətinin əsas məqsədini və xarakterini təşkil edir. Mənfəət əldə etmək bu
təşkilat üçün əsas, birinci dərəcəli, başlıca və ön planda duran məqsəddir. Amma bu sözləri qeyri-kommersiya
təşkilatları haqqında demək olmaz. Belə ki, həmin təşkilatlar iki şərt əsasında sahibkarlıq fəaliyyəti ilə məşüul
olub mənfəət götürə bilər. Lakin mənfəət götürmək onun üçün ikinci dərəcəli, qeyri-əsas, yardımçı və köməkçi
xarakter daşıyan məqsəddir.
kinci əlamətə görə, kommersiya təşkilatları əldə etdiyi və götürdüyü mənfəəti bütün iştirakçılar (təsisçilər)
arasında bölüşdürmək hüququna malikdir. Qeyri-kommersiya təşkilatlarının buna ixtiyarı çatmır. Onların belə hü-
ququ yoxdur.
Mülki Məcəllə qeyri-kommersiya təşkilatlarının qəti və dəqiq olmayan, təxmini siyahısını verir. Orada
qeyd edilir ki, Mülki Məcəllədə göstərilən formalardan savayı, qeyri-kommersiya hüquqi şəxsləri qanunda nə-
zərdə tutulan digər formalarda da yaradıla bilər. Bununla məcəllə qeyri-kommersiya təşkilatlarının növlərini
müəyyən edən siyahısını bağlı yox, açıq saxlayır. Məsələn, qeyri-kommersiya hüquqi şəxslərinin dini təşkilat-
lar, əmtəə biræaları kimi növlərinə Mülki Məcəllədə rast gəlmirik. Amma xüsusi qanunlarda onlar nəzərdə tutu-
lur. Həm Mülki Məcəllədə, həm də xüsusi qanunlarda göstərilənləri nəzərə alsaq, qeyri-kommersiya hüquqi
şə
xslərinin siyahısını belə verərik:
●
ictimai birliklər;
●
fondlar;
187
●
dini təşkilatlar;
●
əmtəə biræaları;
●
hüquqi şəxslərin ittifaqları.
Dostları ilə paylaş: |