Təsisçilərin (iştirakçıların) əmlak barəsində əşya hüququna malik olduqları hüquqi şəxslər odur ki, tə-
sisçilər (iştirakçılar) həmin şəxslərə verdikləri əmlak özərində mülkiyyət hüququnu və ya digər əşya hüququnu
itirmirlər, saxlayırlar. Bu cür hüquqi şəxslər onlara verilən əmlak özərində mülkiyyət hüququ əldə etmirlər.
Ə
mlakın mülkiyyətçisi yenə də təsisçilər (iştirakçılar) hesab edilir. Hüquqi şəxs ləğv edildiyi hallarda kreditor-
ların tələbləri ödənildikdən və onlarla hesablaşma aparıldıqdan sonra yerdə qalan bütün əmlak təsisçinin mül-
kiyyətinə keçir. Məsələn, dövlət müəssisələri onlara misal ola bilər. Bu növ hüquqi şəxslər normal iqtisadi (əm-
lak) dövriyyə üçün xarakterik deyil. Belə ki, hüquqi şəxslər xüsusi olaraq iqtisadi (əmlak) dövriyyədə iştirak et-
mək üçün yaradılır. Bu dövriyyə isə, hamıya bəllidir ki, əmlak, əmtəə xarakterlidir. Buna görə də həmin dövriy-
yədə yalnız müstəqil, heç kəsdən asılı olmayan, özünün əmlakı olan əmtəə sahibləri çıxış edə bilər. Göstərilən
növ hüquqi şəxslər bu tələblərə cavab vermir. Bu səbəbdən həmin hüquqi konstruksiyanı hər hansı sivil və qa-
baqcıl xarici ölkənin qanunvericiliyi nəzərdə tutmur. Həmin növdən olan hüquqi şəxslərin mövcudluüu və fəa-
liyyət göstərməsi ölkəmizin indiki vəziyyəti ilə — keçid dövrünün xüsusiyyəti ilə bağlı olub, müvəqqəti xarak-
ter daşıyır. Onlar normal və sivil bazarın fəaliyyət göstərməsi üçün səciyyəvi olan hüquqi konstruksiya hesab
edilmir.
Dostları ilə paylaş: |