Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə713/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   709   710   711   712   713   714   715   716   ...   1820
Üçüncü fərqli cəhətə görə, üstün iştirakçı (iştirakçı) asılı cəmiyyətin kreditorları qarşısında bu cəmiyyətin 

öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. Bu, birinci və ikinci fərqli cəhətlərdən irəli gəlir.  

Üstün iştirakçının borcudur ki, özünün iştirakı barədə ləngimədən məlumat dərc etdirsin (MM-in 68-ci mad-

dəsinin 2-ci bəndi). Mülki (əmlak) dövriyyənin bütün digər iştirakçıları bu məlumatla tanış olurlar. Söhbət ha-

mının tanış olması üçün açıq (ümumi) informasiyanın verilməsindən gedir.  

Bəzi xarici ölkələrin hüququ başqasından asılı olan kompaniyaları affilə olunmuş firma adlandırır. Bu ter-

min ingilis-amerikan hüququndan iqtibas olunmuşdur və bir şəxsin digərindən asılılıüını ifadə edir. Bu asılılıq 

ə

sasında həmin şəxslərdən biri digərinin həyata keçirdiyi təsərrüfat fəaliyyətinin şərtlərini müəyyən edir.  



Həmin konstruksiyanı RF-in qanunvericiliyi də  nəzərdə tutur. Bu qanunvericiliyə  görə, affilə edilmiş şəxs 

odur ki, onun səhmlərinin 25%-i və daha çox faizi müəyyən şəxslərə məxsus olur.  



10. Kooperativ 

Kooperativ (latınja cooperatio — əməkdaşlıq) hüquqi şəxsin müstəqil təşkilati-hüquqi formalarından biridir. 

Mülki Məcəllə onu kommersiya təşkilatlarının bir növü hesab edir.  

Kooperativin  əsas  növü  olan  istehsal  kooperativləri  XIX  əsrin  ortalarında  Avropada  yaranmışdır.  Həmin 

vaxtlardan başlayaraq bir çox Avropa ölkələrinin qanunvericiliyi kooperativ hüquqi konstruksiyasını nəzərə al-

mışdır.  Müasir  dövrdə  biz  qabaqcıl  hüquq  sistemlərinin  bu  konstruksiyaya  xüsusi  diqqət  yetirməsinin  şahidi 

oluruq. Məsələn, Almaniya Ticarət Qanunnaməsinin üçüncü kitabında kooperativlər haqqında hüquqi göstəriş-

lər ifadə olunur. Hollandiya Mülki Məcəlləsinin ikinci kitabının üçüncü bölməsinə daxil olan maddələr koope-

rativlərin hüquqi vəziyyətini müəyyənləşdirir. Italiya Mülki Məcəlləsinin beşinci kitabının altıncı bölməsi koo-

perativlərin fəaliyyətini tənzimləyir.  

Azərbaycan Respublikasında kooperativlərin yaradılmasının və fəaliyyət göstərməsinin hüquqi əsasları, on-

ların hüquqi statusu «Kooperasiya haqqında» 7 fevral 1996-cı il tarixli qanunla müəyyən edilirdi. Həmin qanun 

indi qüvvədən düşmüşdür. Odur ki, yeni Mülki Məcəllə kooperativlər ilə bağlı yaranan münasibətlərin tənzim-

lənməsinə  xüsusi  diqqət  yetirir.  Kooperativlərin  xüsusiyyətlərinin  və  hüquqi  vəziyyətinin,  habelə  kooperativ 

özvlərinin hüquq və vəzifələrinin və digər məsələlərin müəyyənləşdirilməsinə MM bir neçə maddə (109-113-cü 

maddələr) həsr etmişdir. Bu məcəllənin 109-cu maddəsi kooperativin leqal anlayışını nəzərdə tutur.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   709   710   711   712   713   714   715   716   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin