haqqında müqavilədir. Bu müqaviləyə görə, əsas iştirakçı (idarə edən) təsərrüfat (sahibkarlıq) fəaliyyəti məsə-
lələri özrə törəmə cəmiyyətə məcburi göstərişlər verir, törəmə cəmiyyət isə bu göstərişləri yerinə yetirmək vəzi-
fəsini daşıyır. Bu göstərişləri yerinə yetirmək və icra etmək üçün törəmə cəmiyyət müxtəlif mülki-hüquqi və
ticarət xarakterli əqdlər (müqavilələr) bağlaya bilər. Bağlanmış bu əqdlər özrə əsas iştirakçı törəmə cəmiyyətlə
birgə məsuliyyət daşıyır (MM-in 67-ci maddəsinin 3-cü bəndi).
Bəzən əsas iştirakçının təsərrüfat (sahibkarlıq) fəaliyyəti barəsində verdiyi məcburi göstərişlərin törəmə
cəmiyyət tərəfindən icra edilməsi nəticəsində bu cəmiyyətə zərər vurulur. Söhbət əsas iştirakçının təqsirli hərə-
kətlərə yol verməsindən, onun təqsiri özündən törəmə cəmiyyətə zərər dəyməsindən gedir. Belə halda törəmə
cəmiyyətin iştirakçıları (səhmdarları) əsas iştirakçıdan həmin zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər
(MM-in 67-ci maddəsinin 4-cü bəndi). Zərərin əvəzinin ödənilməsi barədə tələb iştirakçılar (səhmdarlar) tərə-
findən cəmiyyətin mənafeyi üçün müvafiq məhkəmə iddiası verilməsi yolu ilə irəli sürülə bilər.
Elə hallar da olur ki, əsas iştirakçı törəmə cəmiyyətin işlərini və fəaliyyətini lazımınca, səmərəli idarə edə
bilmir. O, təsərrüfat və sahibkarlıq fəaliyyəti məsələləri barəsində törəmə cəmiyyətə effekti olmayan məcburi
göstərişlər verir. Bu göstərişlərin cəmiyyət tərəfindən icra olunması nəticəsində cəmiyyətin əmlakının dəyəri
onun kreditorlarının tələblərini ödəmək üçün kifayət etmir. Beləliklə, törəmə cəmiyyət müflisləşir, yəni müflis
olur.
Bu cür hallarda əsas iştirakçı törəmə cəmiyyətin kreditorlara olan borclarına görə subsidiar məsuliyyət
daşıyır (MM-in 67-ci maddəsinin 5-ci bəndi). Belə ki, birinci növbədə kreditorların borcu ödəmək barədə tə-
ləbləri törəmə cəmiyyətin özünə verilir. Əgər cəmiyyətin əmlakı bu tələbləri təmin etmək üçün kifayət etmədik-
də, kreditorların tələbləri əsas iştirakçıya yönəlir. Bu, yalnız o halda mümkün ola bilər ki, törəmə cəmiyyət əsas
iştirakçının təqsiri özündən müflisləşsin, yəni əsas iştirakçının təqsirli hərəkətləri ilə nəticə — müflisləşmə ara-
sında səbəbli əlaqə olsun. Subsidiar məsuliyyətin tətbiq olunması üçün törəmə cəmiyyətin müflisləşməsində də
ə
sas iştirakzının (əsas ortaqlığın və ya cəmiyyətin) təqsiri sübuta yetirilməlidir.
Hal-hazırda «əsas iştirakçı — törəmə cəmiyyət» konstruksiyası (hüquqi modeli) maliyyə-sənaye qruplarının
yaradılmasında istifadə oluna bilər. Bu qrupun iştirakçıları arasında qarşılıqlı münasibətlərin həmin konstruksi-
ya (model) əsasında qurulması istisna edilmir.
Dostları ilə paylaş: |