Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə708/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   704   705   706   707   708   709   710   711   ...   1820
Başqa iştirakçı tərəfindən nəzarət olunan və özünün qəbul etdiyi qərarları müstəqil surətdə müəyyən-

ləşdirmək imkanına malik olmayan kommersiya təşkilatına törəmə təsərrüfat cəmiyyəti deyilir. Törəmə 

təsərrüfat cəmiyyətinin fəaliyyəti özərində nəzarət edən və həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləş-

dirmək imkanına malik olan kommersiya təşkilatı isə əsas iştirakçı adlanır. Əgər törəmə təsərrüfat cəmiyyəti 

nəzarət olunan təşkilatdırsa, əsas iştirakçı nəzarət edən təşkilatdır. Odur ki, nəzarət edən təşkilat nəzarət olunan 

cəmiyyətə onun işlərinin idarə olunması barədə məcburi göstərişlər vermək hüququna malikdir.  

Dediklərimizdən belə çıxır ki, kommersiya təşkilatının törəmə cəmiyyət statusu alması üçün mülki qanunve-

riciliyin nəzərdə tutduüu iki əsasdan birinin mövcud olması vacibdir:  

 birincisi, əsas kommersiya təşkilatının (əsas iştirakçının) digər təsərrüfat cəmiyyətinin nizamnamə kapita-



lında üstün iştirakı. Elə bir iştirak ki, bu, həmin cəmiyyətin işlərinin idarə olunmasında ona həlledici səs verir.  

 ikincisi, əsas kommersiya təşkilatı (əsas iştirakçı) ilə həmin təsərrüfat cəmiyyəti arasında müqavilə bağla-



nır. Elə bir müqavilə ki, bu müqavilə əsas iştirakçıya cəmiyyətin işlərini idarə etmək (məsələn, cəmiyyətin icra 

orqanının səlahiyyətlərini icra etmək) hüququ verir.  

Türəmə təsərrüfat cəmiyyətinin leqal anlayışı, onun hüquqi vəziyyəti, əsas iştirakçı ilə qarşılıqlı münasibət-

ləri və digər məsələlər mülki qanunvericiliklə ətraflı surətdə tənzimlənir (MM-in 67-ci maddəsi). Bəs mülki qa-

nunvericiliyin türəmə təsərrüfat cəmiyyəti kimi hüquqi konstruksiyanı ayrıca olaraq nəzərdə tutmasının və xü-

susi olaraq tənzimləməsinin səbəbi nədədir? Bunu nə ilə izah etmək olar?  

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, törəmə təsərrüfat cəmiyyəti konstruksiyasını Azərbaycan Respub-

likasının mülki qanunvericiliyi yaratmamışdır. Bu konstruksiyanı bizim ölkə qanunvericiliyi RF-in qanunverici-

liyindən iqtibas etmişdir. RF-in Mülki Məcəlləsinin 105-ci maddəsi törəmə təsərrüfat cəmiyyətinə leqal anlayış 

verərək, onun hüquqi statusunu müəyyənləşdirir. RF-in qanunvericiliyi isə həmin konstruksiyanı xarici dövlət-

lərin hüquq sistemindən iqtibas etmişdir. 

Xarici ölkələrdə «iqtisadi birliklər» (transmilli birliklər) konstruksiyası geniş yayılmışdır. Iqtisadi birlik-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   704   705   706   707   708   709   710   711   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin