malikdir (izləmə hüququ, yəni məhdud əşya hüququnun subyektin yox, əşyanın arxasınja getməsi). Məsələn,
girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində
və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə, girov hüququ qüvvədə qalır
(MM-in 289-cu maddəsinin 1-ci bəndi). Odur ki, girov hüququna əməl olunmalı və riayət edilməlidir. Elə hesab
edək ki, vətəndaş bankdan kredit alır və əşyanı girov qoyur. Vətəndaş ölür. Əşyaya mülkiyyət hüququ onun və-
rəsəsinə keçir. Belə halda girov hüququ həmin əşyanın arxasınja gedir, onu izləyir, yəni girov hüququ qüvvədə
qalır və ona xitam verilmir. Deməli, məhdud əşya hüquqlarına izləmə hüququ xasdır; izləmə hüququ onu ifadə
edir ki, əşya hüququnun sahibi olan şəxs əşyanın başqasının əlinə (yeni ələ) keçməsinə baxmayaraq, həmin hü-
ququ itirmir, saxlayır.
Beləliklə, bizim ölkə qanunvericiliyinə görə, əşya hüquqlarını belə təsnif etmək olar: mülkiyyət hüququ; gi-
rov hüququ; ipoteka hüququ; tikiliyə vərəsəlik hüququ (superfitsi hüququ); servitut hüququ; uzufrukt hüququ.
Azərbaycan Respublikasının nəzərdə tutduğu yeni anlayış olan sahibliyə gəldikdə isə qeyd etmək lazımdır ki, o,
əş
ya hüquqlarının göstərilən təsnifinə daxil edilmir. Ona görə ki, sahiblik əşya üzərində faktiki (fiziki) yiyəlik-
dir. Əşya hüququnun bu cür bölgüsü Almaniya mülki hüquq elmində də aparılır. Belə ki, əşya hüququ mülkiy-
yət hüququ və məhdud hüquqlar adlı iki növə bölünür. Məhdud hüquqlar isə öz növbəsində uzufrukta
(Nießbrauch, § 1030), servituta (Dienstbarkeiten, § 1018), tikiliyə vərəsəlik hüququna (Erbbaurecht, § 1012),
girova (Pfandrecht, § 1204), ipotekaya (Hypothek, § 1113) və s. bölünür. Yaponiya sivilistika doktrinasında
məhdud əşya hüququ anlayışı işlədilmir. Burada əşya hüququnun mülkiyyət hüququ, uzufrukt, girov kimi növ-
ləri fərqləndirilir.
Əş
ya hüquqlarının təsnifini nəzərdə tutan göstərilən siyahı qəti və dəqiq xarakterə malikdir. Bu siyahı döv-
riyyənin statikliyini əks etdirir. O, sabit və müəyyən münasibətləri təmin etmək üçün olduqja vacibdir.
Əş
ya hüquqlarının növlərini müəyyənləşdirən siyahının qəti xarakterə malik olması ifadə edir: birincisi, əş-
yalara münasibətdə yalnız qanunda nəzərdə tutulan səlahiyyətlər mümkündür; ikincisi, əşya hüquqlarının məz-
munu qanunla müəyyən edilir; üçüncüsü, əşya hüquqları dispozitiv yox, imperativdir. Deməli, əşya hüquqları
Dostları ilə paylaş: |