Sovet qanunvericiliyində əşya hüququnun taleyi ayrı-ayrı dövrlərdə müxtəlif olmuşdur. nqilabaqədərki Ru-
siya qanunvericiliyində əşya hüququ kateqoriyası özündə geniş dairəli əmlak hüquqlarını (xüsusən torpaq mü-
1922-ci il ilk sovet Mülki Məcəlləsinin xüsusi bölməsi əşya hüququna həsr olunmuşdu. Həmin Mülki
Məcəllə əşya hüququna şamil etmişdi: mülkiyyət hüququnu; tikinti hüququnu; girovu.
Sovet mülki hüququnun sonrakı inkişafı belə bir fikri qəbul etmişdi ki, mülki hüquqda əşya hüququ adlı his-
sənin ayrılmasının heç bir elmi əsası yoxdur. Bu doktrinal (elmi) fikir bir neçə səbəblə izah olunurdu. Birincisi,
torpaq və digər təbii resurslar mülki dövriyyə qabiliyyəti olmayan əşyalar sayılırdı və həmin əşyalar dövlətin
kincisi, girov öhdəlik hüququnun institutu hesab edilirdi. Girovdan öhdəliklərin təmin edilməsinin üsulların-
249
dan biri kimi istifadə olunurdu. Üçüncüsü, sovet mülki hüququnda vətəndaşların yaşayış evinə şəxsi mülkiyyət
hüququ təsbit edildiyinə görə tikinti hüququ ləğv edildi.
Sovet mülki qanunvericiliyi əşya hüququ kateqoriyasına mənfi münasibət bəsləyirdi. Hüquq ədəbiyyatında bir
çox alimlər əşya hüququ anlayışının istifadə edilməsinin əleyhinə çıxırdılar. V.K.Rayxer, O.S. offe və digər sovet
müəllifləri belə hesab edirdilər ki, əşya hüququnu sovet qanunvericiliyində möhkəmləndirmək üçün zəruri olan si-
yasi-hüquqi və ictimai-iqtisadi əsaslar guya yox olub, aradan çıxmışdır. Onların fikrinjə, sovet mülki hüququnda
əş
ya hüququ adlı hissənin ayrılmasını şərtləndirən dəqiq amillər isə yox dərəcəsindədir. Həmin alimlər bu fikirlə-
rin həqiqiliyini sübut etməyə və əsaslandırmağa çalışırdılar.
Sovet qanunvericiliyinin və hüquq elminin əşya hüququ kateqoriyasına mənfi münasibəti əşya hüququnun
sovet mülki hüququnda bir hissə kimi ayrılmamasını şərtləndirdi. Nə SSR Mülki Qanunvericiliyinin Əsasların-
da (1961-ci il), nə də müttəfiq respublikaların 60-cı illərdə qəbul edilmiş mülki məcəllələrində (o cümlədən
Azərbaycan Respublikasının 1964-cü il MM-də) əşya hüququ mülki qanunvericilik sisteminin bir bölməsi kimi
tanındı. Göstərilən həmin aktlarda ikinci bölmə mülkiyyət hüququna həsr edilmişdi.
1991-ci il 9 noyabr tarixli «Mülkiyyət haqqında» qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında
əş
ya hüququ dirçəldi. Bu qanunun qüvvəyə minməsi əşya hüququnun «taleyi»nə müsbət mənada çox mühüm
təsir göstərdi. Qanunun 5-ci maddəsi əşya hüquqlarına toxunurdu. Azərbaycan Respublikasının Mülki Məcəllə-
sinin qüvvəyə minməsi isə mülki qanunvericilik sistemində əşya hüququ adlı bölmənin ayrılmasına əsas oldu.
Mülki Məcəllənin üçüncü bölməsi «Əmlak və əşya hüququ» adlanır.
Dostları ilə paylaş: