Məhdud əşya münasibətləri isə məhdud əşya hüquq institutu ilə tənzimlənir. Bu institutla mülkiyyətçi ilə
bərabər, həm də eyni vaxtda digər şəxslərin istifadə etdikləri əmlakın hüquqi recimi müəyyən edilir. Məsələn,
yaşayış evinin mülkiyyətçisi olan şəxslə birlikdə həm də eyni vaxtda onun yaxın qohumlarının yaşamaqla istifa-
də etmələri ilə əlaqədar yaranan münasibətlər məhdud əşya hüququ ilə qaydaya salınır. Başqa bir misalda vətən-
daş başqa şəxsin mülkiyyətində olan torpaq sahəsində həmin şəxsin icazəsilə özünə yaşayış evi tikir. Bu cür mü-
nasibət də məhdud əşya hüquq institutu ilə rəsmiləşdirilir.
Məhdud əşya hüququ bir neçə subinstitutdan ibarətdir:
●
girov hüququndan;
●
ipoteka hüququndan;
●
superfitsi hüququndan (tikiliyə vərəsəlik);
●
servitut hüququndan;
●
uzufrukt hüququndan.
Dostları ilə paylaş: |