Sərənjam dedikdə, əşyanın hüquqi müqəddəratının həll edilməsi başa düşülür. Sərənjam onu ifadə edir ki,
bununla əşyanın hüquqi taleyini müəyyən edən akt həyata keçirilir. Əşya barəsində həyata keçirilən akt dedik-
də, əşyanın özgəninkiləşdirilməsi (müqavilə üzrə satılması, dəyişdirilməsi, bağışlanması, vərəsəlik üzrə veril-
məsi), girov qoyulması, icarəyə verilməsi, məhv edilməsi və s. başa düşülür.
Beləliklə, iqtisadi kateqoriya kimi mülkiyyət dedikdə, şəxslər arasında əşya barəsində elə bir iqtisadi
(faktik) münasibət başa düşülür ki, bu münasibət mülkiyyətçiyə əşya üzərində sahiblik, istifadə etmək və
sərənjam vermək kimi iradəvi hərəkətlər etmək imkanı verir.
3. Mülkiyyət hüququnun hüquqi anlayışı
« qtisadi kateqoriya olan mülkiyyət» və «mülkiyyət hüququ» kimi anlayışlar bir-birindən fərqlənir. Bunlar
üst-üstə düşməyən və bir-birinə tam uyğun gəlməyən anlayışlardır. lk növbədə onu qeyd edək ki, iqtisadi kate-
qoriya olan mülkiyyət tarixən mülkiyyət hüququndan daha əvvəl əmələ gəlmişdir.
qtisadi kateqoriya kimi mülkiyyət insan cəmiyyəti ilə bərabər, onunla eyni vaxtda yaranmışdır. Belə ki,
mülkiyyət iqtisadi münasibətləri hələ ibtidai ijma quruluşunda dövlət və hüququn olmadığı bir zamanda
mövcud olmuşdur. Dövlət və hüququn meydana gəlməsi ilə təbii ki, cəmiyyətdəki mülkiyyət iqtisadi münasi-
bətlərinin hüquqi cəhətdən ifadə edilməsinə və tənzimlənməsinə, mülkiyyətçilərin mənafelərinin hüquqi müha-
fizəsinə zərurət yarandı. Bu səbəbdən əsas istehsal vasitələrinin mülkiyyətçiləri özlərinin siyasi təşkilatı olan
dövlətin məjburetmə qüvvəsi və hüquq normalarının vasitəsilə mülkiyyət münasibətlərini qaydaya salmağa baş-
ladılar. Bunun nəticəsində iqtisadi bazis olan mülkiyyət iqtisadi münasibətləri dövlət və hüquq kimi üstquru-
mun vasitəsilə hüquqi cəhətdən təsbit olundu.
Qeyd etmək lazımdır ki, mülkiyyət iqtisadi münasibətləri mülkiyyət hüququ ilə hüquqi cəhətdən qorunur və
nizama salınır. Bu münasibətlər hüquq normaları ilə tənzimlənməklə mülkiyyət hüququ formasını alır. Daha
doğrusu, mülkiyyət hüququ iqtisadi kateqoriya olan mülkiyyəti hüquqi cəhətdən rəsmiləşdirir və ifadə edir.
Ə
gər mülkiyyət (mülkiyyət iqtisadi münasibətləri) bazis kateqoriyasına aiddirsə, mülkiyyət hüququ üstqurum
kateqoriyasına daxildir. Fəlsəfi planda onlar arasındakı münasibət məzmun və forma kateqoriyaları arasındakı
ə
laqə kimidir. Belə ki, əgər iqtisadi mənada mülkiyyət (mülkiyyət iqtisadi münasibətləri) məzmundursa, mül-
kiyyət hüququ iqtisadi mənada mülkiyyətin formasıdır.
Mülkiyyət hüququ anlayışı iki mənada işlədilir: obyektiv mənada mülkiyyət hüququ; subyektiv mənada
Dostları ilə paylaş: |