Microsoft Word mulki huquq doc


 Mülkiyyət iqtisadi münasib



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə796/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   792   793   794   795   796   797   798   799   ...   1820
2. Mülkiyyət iqtisadi münasibətlərinin məzmunu  

(mülkiyyətin iqtisadi məzmunu) 

qtisadi kateqoriya kimi mülkiyyətə xarakteristika vermək üçün mülkiyyət iqtisadi münasibətlərinin məzmu-

nunun nədən ibarət olmasını aydınlaşdırmaq lazımdır. Bu münasibətlərin obyektini (maddi substratını) istehsal 

vasitələrindən və istehlak predmetlərindən ibarət olan əşya təşkil edir. Mülkiyyət iqtisadi münasibətləri həm də 

iradəvi məzmuna malikdir. Bu baxımdan mülkiyyət «iradənin əşyada yerləşdirilməsi» deməkdir (Hegel). Mül-

kiyyətçinin iradəsi ona məxsus olan əşyanın mövcudluğunu şərtləndirir. O, malik olduğu öz əşyasına münasi-

bətdə müxtəlif iradəvi hərəkətlər edə bilər. Bu iradəvi hərəkətlər müxtəlif formalarda həyata keçirilir ki, həmin 

formalara aiddir: sahiblik forması; istifadə etmək forması; sərənjam vermək forması. 

Sahibliklə əlaqədar olaraq statik xarakterli mülkiyyət münasibətləri, istifadə etməklə və sərənjam verməklə 

bağlı isə dinamik xarakterli mülkiyyət münasibətləri yaranır. Sahiblik əşyanın hər hansı bir şəxsə və ya kollekti-

və aid olmasını ifadə edir. Sahiblik dedikdə, mülkiyyətçinin əşyanı öz təsərrüfatında saxlaması, onun həmin əş-

ya üzərində faktiki (təsərrüfat) yiyəlik etməsi başa düşülür. Sahiblik əşyanın şəxsin və ya kollektivin adına ya-

zılmasını ifadə edir. 

stifadə dedikdə, əşyadan fayda götürmək, onun faydalı təbii xassələrini hasil etmək başa düşülür.  stifadə-

dən götürülən fayda gəlir, artım, bəhər və başqa formalarda ola bilər (MM-in 152-ci maddəsinin 3-cü bəndi).  s-

tifadə onu ifadə edir ki, bununla ya əşya istehlak olunur, ya da o, istehsal (təsərrüfat) məqsədlərinin həyata keçi-

rilməsinə xidmət edir. Əşyadan istifadə etmək və əşya üzərində sahiblik formaları bir-biri ilə sıx surətdə bağlı-

dır. Bu bağlılıq onda ifadə olunur ki, əksər hallarda əşyadan yalnız ona sahib olmaqla istifadə etmək olar. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   792   793   794   795   796   797   798   799   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin