Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə795/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   791   792   793   794   795   796   797   798   ...   1820
di münasibəti isə: 

 birincisi, şəxsin məxsus olduğu əşyaya münasibətidir; 



 ikincisi, əşya barəsində şəxslər arasında münasibətdir; 

 üçüncüsü, ictimai münasibətdir; 



 dördüncüsü, əmlak münasibətidir. 

Sovet  elmi  Qərb  alimlərinin  mülkiyyəti  şəxslərin  əşyaya  münasibəti  kimi  xarakterizə  edən  konsepsiyasını, 

ümumiyyətlə, qəbul etməmişdir. Marksist iqtisad elmi mülkiyyətə cəmiyyətdə şəxslər arasında, siniflər arasında 

münasibət kimi baxırdı. Belə mövqe, məlum məsələdir ki, sovet ideoloci prinsipi ilə bağlı idi. 

Hüquq ədəbiyyatında (həm də sosial-iqtisadi ədəbiyyatda) mülkiyyətə fərd və ya kollektiv tərəfindən istehsal 

vasitələrini və məhsullarını mənimsəmə kimi anlayış verilir. Müəlliflərin əksəriyyəti mülkiyyət anlayışını mə-

nimsəmə kateqoriyasının köməyi ilə müəyyən edirlər. K.Marks mülkiyyətə sosial-iqtisadi tərif verərkən məhz 

bu kateqoriyanı əsas tuturdu: mülkiyyət xarici aləmi mənimsəmə (istehlak) üsuludur. Kant da mülkiyyətin anla-

yışını  mənimsəmə  kateqoriyası  vasitəsilə  formulə  edirdi:  mülkiyyət  əşyaların  mənimsənilməsi  barədə  şəxslər 

arasında yaranan münasibətdir. Prinsip etibarilə mənimsəmə kateqoriyasından istifadə etməklə mülkiyyətə anla-



 

252


yış verilməsi mümkündür. Lakin bu, məsələyə birtərəfli yanaşmaq demək olardı. Belə ki, mənimsəmə kateqori-

yası mücərrəd xarakter daşıyıb, müxtəlif məzmuna malikdir. Mülkiyyətin iqtisadi məzmununu müəyyən etmək 

üçün  daha  konkret,  daha  qeyri-mücərrəd  anlayışlardan  istifadə  edilməsi  gərəkdir.  Şübhəsiz  ki,  məsələyə  belə 

yanaşma nisbətən üstünlüyü əks etdirir. Sahiblikistifadə etməksərənjam vermək mülkiyyət iqtisadi müna-

sibətlərinin məzmununu müəyyənləşdirmək baxımından mənimsəmə kateqoriyasına nisbətən daha münasib, da-

ha tutarlı iqtisadi kateqoriyalardır. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   791   792   793   794   795   796   797   798   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin