hüquqdur. Belə ki, mülkiyyət hüququ son müddət ideyasını qəbul etmir: müvəqqəti mülkiyyət mövcud deyil.
Bu, onun dördüncü xüsusiyyətidir. Qanun subyektiv mülkiyyət hüququnun qüvvədə olma müddətini müəyyən
etmir. Başqa sözlə desək, mülkiyyətçi əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək
hüquqlarını müddətdən asılı olmadan həyata keçirmək imkanına malikdir. Bu, o deməkdir ki, mülkiyyət hüququ
ekstinktiv müddəti (mövcud olma və ya ləğv olunma müddətini) tanımır. Bunlardan əlavə, mülkiyyət hüququ-
nun müddətsiz xarakterə malik olması həm də onda ifadə edilir ki, o, hər hansı müddətlə məhdudlaşdırılmır. O
mənada məhdudlaşdırılmır ki, mülkiyyət hüququnun obyekti, yəni əşya mövcud olana qədər mülkiyyət hüququ
da mövcud olmaqda davam edir. Hətta mülkiyyətçinin ölümündən sonra da o, mövcud olmaqda davam edir və
ləğv olunmur. Belə ki, əgər mülkiyyətçi ölərsə, bu zaman mülkiyyət hüququ vərəsəlik qaydasında mülkiyyətçi-
nin vərəsələrinə keçir.
Mülkiyyət hüququ müstəsna hüquqlar dairəsinə aid edilən hüquqdur. Bu, onu ifadə edir ki, başqalarının
yox, yalnız və yalnız mülkiyyətçinin öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkəti etmək hüququ
vardır; belə hərəkəti başqaları yalnız mülkiyyətçinin icazəsi və razılığı ilə edə bilərlər; əgər mülkiyyətçinin razı-
lığı və icazəsi olmadan onlar əşyadan istifadə və digər hərəkətlər edərlərsə, bu, hüquq pozuntusu sayılır. Yalnız
mülkiyyətçinin ixtiyarı vardır ki, bütün üçüncü şəxslərin əmlaka etdiyi təsiri dəf etsin. Əşyaya müstəsna hüquqa
malik olmaq həm də o deməkdir ki, bütün şəxslər («hamı və hər kəs») əşya barəsində mülkiyyətçinin iradəsi ol-
madan hər hansı hərəkət etməkdən çəkinməlidirlər. Bu, mülkiyyət hüququnun beşinci xüsusiyyətidir. Mülkiy-
yət hüququnun müstəsna hüquq olması mülkiyyətçinin, yəni mülkiyyət hüququnun sahibi olan şəxsin inhisarçı-
lığı deməkdir. Belə ki, mülkiyyət hüququ öz sahibi (mülkiyyətçi) üçün əmlakdan istifadə etmək və ondan fayda
götürməkdə, əmlaka sərənjam verməkdə inhisarçılıq müəyyənləşdirir. Buna görə də mülkiyyət hüququ inhisar
hüququ deməkdir. ABŞ mülki hüququna görə mülkiyyət hüququ mülkiyyətçinin əmlaka müstəsna sahiblik,
ə
mlakdan müstəsna istifadə və onun üzərində müstəsna sərənjam vermək hüququnu ifadə edir.
Dostları ilə paylaş: |