səlik hüququna və digər sahələrə təsir göstərir. Xüsusən bu normaların öhdəlik hüquq normaları ilə əlaqəsi
daha sıxdır. Belə ki, mülkiyyət iqtisadi münasibətlərinin obyekti olan əşyaya sərənjam verilməsi yalnız dinamik
xarakterli münasibətlərə, ilk növbədə öhdəlik münasibətlərinə (məsələn, kirayə, icarə, borc, kredit və digər mü-
nasibətlərə) girməklə gerçəkləşdirilir ki, bu münasibətlər öhdəlik hüquq normaları ilə nizamlanır. Söhbət əşyaya
sərənjam verilməsi formasında edilən iradəvi hərəkətlərdən, yəni alqı-satqıdan, bağışlamadan və digər aktlardan
gedir. Vəsiyyət yolu ilə mülkiyyətçi əmlaka sərənjam verərsə, həmin əmlakın vərəsələrə keçməsi prosesi vərə-
səlik hüquq normaları ilə qaydaya salınır.
Mülkiyyət münasibətlərini nizama salan mülki hüquq normalarının birləşməsi mülkiyyət hüququ institutunu
yaradır. Bu institutun əsasını şəxslərin mülkiyyət hüququnu təsbit edən, mülkiyyətin heç bir növünə üstünlük
verilməməsini təmin edən, mülkiyyət hüququnun qanunla qorunmasını müəyyənləşdirən Konstitusiyanın 29-cu
maddəsində ifadə olunmuş prinsipial müddəa təşkil edir. Mülkiyyət hüququ institutunda jəmləşən normalar
MM-in mülkiyyət hüququnun ümumi müddəaları adlı 6-cı fəslində, habelə 7-ci, 8-ci, 9-cu, 10-cu fəsillərində
(152-ci-249-cu maddələr) qruplaşdırılmışdır.
Mülkiyyət hüququ obyektiv mənada kompleks (çoxsahəvi) xarakterə malik olan hüquq institutudur. Da-
ha doğrusu, o, qarışıq, mürəkkəb və ya sahələrarası institut kimi çıxış edir. Bu instituta mülki hüquq normaları
ilə bərabər, həm də konstitusiya, inzibati və cinayət hüququnun müəyyən etdiyi qaydalar daxildir. Həmin nor-
malar içərisində mülki hüquq normaları daha mühüm rol oynamaqla nisbətən üstünlüyə malikdir. Əgər mülkiy-
yət münasibətlərinə toxunan normalar mülki-hüquqi xarakter daşıyarsa, belə halda söhbət yalnız mülki hüquq
institutu olan mülkiyyət hüququndan gedə bilər.
Mülkiyyət münasibətlərini nizama salan mülkiyyət hüquq institutuna daxil olan normaların xarakter və məz-
munu cəmiyyətdə hakim olan iqtisadi və istehsal münasibətləri ilə müəyyən edilir. Başqa sözlə desək, əsasını
müəyyən mülkiyyət tipi təşkil edən istehsal üsulları mülkiyyət hüququ institutunun xarakterini şərtləndirir.
Beləliklə, obyektiv mənada mülkiyyət hüququ dedikdə, maddi nemətlərə yiyələnməklə əlaqədar yara-
Dostları ilə paylaş: |