nan münasibətləri tənzimləyən və qoruyan, habelə mülkiyyətçinin əmlaka sahiblik, əmlakdan istifadə və
onun üzərində sərənjam vermək hüququnu təmin edən hüquq normalarının sistemi başa düşülür.
Mülkiyyət hüquq institutunun məzmunu və xarakteri mülkiyyətin tipi ilə müəyyən edilir. Onlar arasında sıx
qarşılıqlı əlaqə mövcuddur.
Mülkiyyətin tipi hüquqi yox, iqtisadi kateqoriyadır. Belə ki, mülkiyyət iqtisadi münasibətləri istehsalın
üsullarını formalaşdırır, mülkiyyətin tipini ifadə edir. Mülkiyyətin tipi istehsal münasibətləri ilə müəyyən edilir.
Hər bir cəmiyyətdə mövcud olan istehsal üsullarına uyğun gələn müvafiq mülkiyyət tipi vardır. Tarixən mül-
kiyyətin aşağıdakı tipləri fərqləndirilir: ilkin ibtidai ijma mülkiyyət tipi; quldarlıq mülkiyyət tipi; feodal-təhkimli
mülkiyyət tipi; kapitalizm mülkiyyət tipi. Yaxın vaxtlara kimi xüsusi olaraq sosialist mülkiyyət tipi də ayrılmışdı.
Sosialist birliyinə daxil olan dünya ölkələrinin heç birində həqiqi sosializm qurulmadığına görə bu mülkiyyət tipi
tarixin səhnəsindən silinmişdir.
btidai cəmiyyətdə dövlət və hüquq olmamışdır. Bu cəmiyyətdə yaranan mülkiyyət münasibətləri hüquq nor-
maları ilə yox, sosial normalarla tənzimlənirdi. Ona görə də ibtidai cəmiyyətdə mülkiyyət hüququ anlayışından
danışmaq olmaz. Mülkiyyət hüququ institutunun əmələ gəlməsi yalnız dövlət və hüququn mövcud olduğu
cəmiyyətlə bağlıdır.
Dostları ilə paylaş: |