Altıncısı, mülkiyyət hüququna izləmə hüququ xasdır. zləmə hüququ onu ifadə edir ki, əşyanın bir şəxsdən
digərinə keçdiyi bütün hallarda mülkiyyət hüququ şəxsin yox, əşyanın arxasınja gedir, onu izləyir. Məsələn, əş-
ya satıldıqda, həmin əşya üzərində mülkiyyət hüququ satıcının arxasınja yox, əşyanın arxasınja gedir; oğurlan-
mış əşyanın mülkiyyətçisi həmin əşyaya sahibliyi itirsə də onun mülkiyyətçisi olmaqda davam edir.
Yeddincisi, mülkiyyət hüququ üstün hüquqdur. Bu, onu ifadə edir ki, mülkiyyət və öhdəlik hüquqları ara-
sında ziddiyyət (kolliziya) olarsa, üstünlük mülkiyyət hüququna verilir. Buna görə mülkiyyət hüququ güjlü hü-
quq da adlandırıla bilər. Üstünlük hüququ özünü xüsusən müflisləşmə hallarında büruzə verir. Hətta eyni bir
əş
yaya eyni vaxtda həm mülkiyyət hüququ, həm də öhdəlik hüququ mövcud olduqda, üstünlük mülkiyyət hüqu-
quna verilir. Bu cəhət, ümumiyyətlə, bütün əşya hüquqlarına xas olan xüsusiyyətdir. Həmin xüsusiyyət isə Ya-
poniya sivilistika doktrinasında əsaslandırılmışdır.
Dostları ilə paylaş: |