vvəlki sovet dövrünün qanunvericiliyi sahiblik institutunu tanımırdı. Hələ 20 əsr bundan əvvəl Roma hüququ-
ya hüququnun institutlarını müəyyənləşdirdikdən sonra onun nizamasalma predmetinin nədən ibarət ol-
Apardığımız doktrinal araşdırmalar nəticəsində əşya hüququnun predmetinə daxil edə bilərik:
mülkiyyət münasibətləri, mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi ilə bağlı yaranan münasibətlər;
250
●
sahiblik münasibətləri, sahibliyin əldə edilməsi, verilməsi və xitam olunması ilə bağlı yaranan münasibət-
lər;
●
mülkiyyət hüququnun, məhdud əşya hüququnun və sahibliyin müdafiəsi ilə bağlı olaraq yaranan münasi-
bətlər.
Almaniya hüquq doktrinasında əşya hüququnun predmetinə daxil edilən məsələlərdən biri əşya hüququnun
prinsipləridir. Hüquq nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, hüquq sahəsinin tərkibində müəyyən yarımsa-
hənin ayrılması və fərqləndirilməsi üçün həmin yarımsahənin müvafiq sahədaxili prinsiplərə malik olması gə-
rəkdir. Əşya hüququnda ona məxsus olan bir neçə prinsipə rast gələ bilərik:
●
müəyyənlik prinsipi (bu prinsipə görə, subyektiv əşya hüququ yalnız müəyyən əşya barəsində yarana və
onunla bağlı ola bilər);
●
əşya hüquqlarının mütləq qüvvəyə malik olması prinsipi (bu prinsipə görə, əşya hüquqlarının əhatə da-
irəsi bilinməyən şəxslərə, yəni «hamıya və hər kəsə» qarşı və münasibətdə qüvvəsi vardır);
●
mücərrədlik prinsipi (bu prinsipə görə, əşya əqdləri onların əsasında duran hüquqi əqddən asılı deyildir.
Məsələn, MM-in 181-ci maddəsinə uyğun olaraq, daşınar əşyaların faktiki olaraq onları əldə edən şəxsə
verilməsi, yəni tradisiya əşya əqdidir. Əgər əşya alqı-satqı müqaviləsi əsasında verilərsə, onda bu əqd hə-
min müqavilədən asılı olmayajaqdır. Belə ki, alqı-satqı müqaviləsinin qanunsuz sayılması həmin əqdin
etibarsızlığına səbəb olmayajaqdır. Alman hüquqşünasları göstərir ki, mücərrədlik prinsipi mülki dövriy-
yəäÿ sabitliyi, hüquqi təhlükəsizliyi və müəyyənliyi təmin edir);
●
açıqlıq prinsipi (bu prinsipə görə, əşyaların hüquqi vəziyyəti açıq-aşkar olmalıdır. Özü də açıqlıq sahibli-
yin və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə həyata keçirilir);
●
əşya hüquqlarının vijdanlı əldə etmə imkanı və vijdanlı əldə edənin əşya hüquqlarının müdafiəsi
Dostları ilə paylaş: