Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə847/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   843   844   845   846   847   848   849   850   ...   1820
2. Özbaşına tikiliyə mülkiyyət hüququnun 

ə

ldə edilməsi üsulu 

Özbaşına tikiliyə MM-in 180-ci maddəsində anlayış verilmişdir. Həmin maddəyə görə, özbaşına tikili de-

dikdə, qanunla müəyyən edilmiş qaydada həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində tikilmiş, yaxud 

bunun  üçün  lazımi  icazə  almadan  və  ya  şəhərsalma  və  tikinti  (inşaat)  normalarını  və  qaydalarını  mühüm 

dərəcədə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və ya başqa daşınmaz əmlak başa düşülür. Verilən anlayış-

dan belə təsəvvür yaranır ki, mülki qanunvericilik hər hansı tikintinin özbaşına tikili hesab edilməsi üçün aşağı-

dakı pozuntuların olmasını nəzərdə tutur: tikilinin qanunla müəyyən edilmiş qaydada həmin məqsədlər üçün ay-

rılmayan torpaq sahəsində aparılması; tikili üçün zəruri icazənin olmaması; inşaat (tikinti) və şəhərsalma nor-

maları və qaydalarının mühüm dərəcədə pozulması. Göstərilən bu pozuntulardan birinin mövcud olması aparıl-

mış tikilinin özbaşına tikili hesab edilməsini şərtləndirir. 

Özbaşına tikilinin obyekti təkcə yaşayış evi, bina və digər daşınmaz əmlakla məhdudlaşmır. Belə obyektlərə 

bağ evi, qarac, su nohuru (hovuzu), tunel (yerin altından açılan yol), körpü, habelə yeraltı və yerüstü digər qur-

ğ

uların tikintisini də şamil etmək olar. Özbaşına tikintini aparan subyekt kimi hər hansı fiziki və ya hüquqi şəxs 



çıxış edə bilər. 

Hər hansı bir obyektin (memarlıq obyektinin) tikintisi «Memarlıq fəaliyyəti haqqında» qanuna uyğun olaraq, 

aşağıdakı şərtlər əsasında həyata keçirilə bilər: tikiliyə icazə, yəni memarlıq layihəsi mövcud qaydalar əsasında 

təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən 

sifarişçiyə verilən rəsmi icazə sənədi olmalıdır; tikintini həyata keçirmək üçün qanunda nəzərdə tutulmuş qay-

dada torpaq sahəsinə icazə olmalıdır; obyekt mövcud tikinti norma və qaydalarına, ərazi-planlaşdırma layihələ-

rinin əsas müddəalarına, insanların ekoloci, sosial cəhətdən təhlükəsiz və rahat həyat fəaliyyətinin təmin edil-

məsi tələblərinə cavab verməlidir. Memarlıq obyekti dedikdə, binalar, tikililər və onların kompleksləri, memar-

lıq abidələri, xatirə abidələri, memarlıq layihəsi əsasında yaradılan bağlar, parklar, kurortlar və digər istirahət 



 

271


yerləri başa düşülür. Belə təsəvvür yaranır ki, «Memarlıq fəaliyyəti haqqında» qanunun müəyyən etdiyi şərtləri 

pozmaqla tikilən memarlıq obyektləri özbaşına tikili sayılır. 

Özbaşına tikili hüquqi nəticəyə səbəb olur. Bu nəticə ondan ibarətdir ki, özbaşına tikilən obyektlərə həmin 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   843   844   845   846   847   848   849   850   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin