Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə849/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   845   846   847   848   849   850   851   852   ...   1820
  qanunla  qorunan  mənafelərini  pozmamalı  və  ya  vətəndaşların  həyatı  və  sağlamlığı 

üçün təhlükə yaratmamalıdır

Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədikdə, həmin tikili onu özbaşına tikdirən şəxs 

tərəfindən və  ya onun hesabına sökülür. Belə halda sökülən tikilinin inşaat materialları həmin tikinti aparmış 

şə

xsin mülkiyyətində qalır. 



Göstərilən üsul bəzi xarici ölkə qanunvericiliyinə də məlumdur. Məsələn, RF-in, Majarıstanın, Çexiyanın və 

s. ölkələrin mülki məcəllələrində belə üsul nəzərdə tutulmuşdur. 



3. Emal mülkiyyət hüququnun əldə edilməsinin  

ilkin üsulu kimi 

Mülkiyyət hüququnun əldə edilməsinin emal üsulu MM-in 188-ci maddəsində nəzərdə tutulmuşdur. MM-də 

bu,  yeni  maddədir  və  mülkiyyət  hüququnun  əldə  edilməsinin  xüsusi  halını  müəyyən  edir.  Emal  üsulu  hüquq 

ə

dəbiyyatında spesifikasiya üsulu da adlanır (spesifikasiya əşyanın spesifik, yəni özünə xas olan xüsusiyyətlə-



rinin  müəyyən  edilməsidir).  Spesifikasiya  üsulunu  hələ  Roma  hüququ  «specificatio»  adı  altında  nəzərdə  tut-

muşdu. «Specificatio» və ya özgə əşyasını dəyişdirmək (düzəltmək) dedikdə, yeni əşyanın (nova species) hazır-

lanması başa düşülürdü.  

Emalın hüquqi anlayışı RF-in Ailə Məcəlləsinin 59-cu maddəsində ifadə edilmişdir. Bu maddəyə görə, emal 

anlayışına aiddir: malın (əmtəənin) hazırlanması; montac, quraşdırma və başqa hala salma vasitəsilə maldan ye-

ni mal hazırlamaq; bərpa etmək və ya qaydaya salmaq da daxil olmaqla malın təmiri və s. Emalın obyekti kimi 

həm materiallar və ya xammal, həm də hazır mallar çıxış edə bilər.  

MM-in 188-ci maddəsinə görə, emal dedikdə, bir şəxsin ona məxsus olmayan, başqa sözlə desək, digər şəxsə 

məxsus olan materiallardan əşya hazırlaması başa düşülür. Emal yolu ilə şəxs başqa şəxsin malik olduğu mate-

riallardan istifadə etməklə yeni əşya hazırlayır; bu zaman materialların mülkiyyətçisinin razılığı alınmır və buna 

görə də emal edən şəxs həmin materiallardan qeyri-legitim (qeyri-qanuni) istifadə edir; bu xüsusiyyət emalı 

yeni yaradılmış əmlaka mülkiyyət hüququnun əmələ gəlməsinin adi qaydasından fərqləndirir. Belə halda hazır-

lanmış və ya yaradılmış əşyaya mülkiyyət hüququ MM-in 188-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Hə-

min maddədə ifadə edilmiş ümumi qaydaya görə, hazırlanmış yeni daşınar əmlaka mülkiyyət hüququnu materi-

alların mülkiyyətçisi əldə edir, bu şərtlə ki, müqavilədə başqa qayda nəzərdə tutulmasın. 

MM-in 188-ci maddəsində nəzərdə tutulan bu qayda dispozitiv xarakter daşıyır. Müqavilədə emal etmək yo-

lu ilə hazırlanan yeni daşınar əmlaka mülkiyyət hüququnu emal edən şəxsin əldə etməsi də müəyyən edilə bilər. 

Emal edən şəxsin mülkiyyət hüququnu əldə edə bilməsi üçün aşağıdakı şərtlərin mövcud olması vacibdir: 

 əgər emalın dəyəri daşınar əmlakın hazırlandığı materialların dəyərindən xeyli (əhəmiyyətli dərəcədə




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   845   846   847   848   849   850   851   852   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin