Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə851/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   847   848   849   850   851   852   853   854   ...   1820
ödəməlidir.  Yeni  əmlaka  mülkiyyət  hüququnu  emal  edən  şəxs  əldə  etdikdə  isə  o,  materialların  itirilməsi 

nəticəsində  vurulmuş  zərərin  əvəzini  ödəməlidir  (MM-in  191-1-ci  maddəsinin  1-ci  bəndi).  Göstərilən  bu 

qayda dispozitiv xarakterə malikdir. Bu, onu ifadə edir ki, tərəflər müqavilədə başqa qayda da nəzərdə tuta bi-

lərlər. 

Emal yolu ilə mülkiyyət hüququnun əldə edilməsi bir çox ölkələrin qanunvericiliyində nəzərdə tutulmuşdur. 

Məsələn, Almaniya Mülki Qanunnaməsinə görə, özgəsinin materiallarından istifadə etməklə emal yolu ilə ha-

zırlanan əşyaya mülkiyyət hüququnu əşyanı hazırlayan əldə edir, bu şərtlə ki, emalın dəyəri istifadə edilmiş ma-

terialların dəyərindən xeyli artıq olsun.  spaniya Mülki Məcəlləsi müəyyən edir ki, emal yolu ilə hazırlanan ye-

ni əşyaya mülkiyyət hüququ emal  edən şəxsə keçir. O, materialların dəyərini onun mülkiyyətçisinə ödəməyə 

borcludur.  taliya qanunvericiliyinə görə, istifadə edilmiş materialın dəyəri emal yolu ilə hazırlanan əşyanın də-

yərindən xeyli çox olduqda, həmin əşyaya mülkiyyət hüququnu materialın mülkiyyətçisi əldə edir sveçrə Mülki 

Məcəlləsinə görə, emal (spesifikasiya), mülkiyyət hüququnun əldə edilməsinin əsas üsulu hesab edilir. Yaponi-

ya qanunvericiliyi müəyyənləşdirir ki, emal, yəni başqa şəxsə məxsus olan materialdan yeni əşya hazırlanan za-

man bu əşyaya mülkiyyət hüququnu, bir qayda olaraq, materialın mülkiyyətçisi əldə edir. Amma yeni yaradıl-

mış  əşyanın  dəyəri  materialın  dəyərindən  xeyli  çox  olduğu  halda  isə  bu  əşya  üzərində  mülkiyyət  hüququnu 

emal edən şəxs qazanır (MM-in 246-cı maddəsinin 1-ci bəndi). 

Göstərilən üsulla mülkiyyət hüququ əldə edilməsinə çoxlu misallar çəkə bilərik. Məsələn, dərzinin özgəsinə 

məxsus parçadan özü üçün paltar tikməsi, şəxsin özgəyə məxsus taxtadan özü üçün mebel hazırlanması və s. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   847   848   849   850   851   852   853   854   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin