Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə850/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   846   847   848   849   850   851   852   853   ...   1820
artıq olduqda

 emal edən şəxs vijdanla hərəkət etmişsə, yəni belə halda o, özgə şəxsin materiallarından istifadə etməsi-



ni bilmir və bunu bilməli də deyildir. Məsələn, müxtəlif şəxslərə, o cümlədən mülkiyyətçiyə məxsus olan 

materialların qarışdırılması nəticəsində emal edən şəxs səhvən hesab edir ki, emal etdiyi materiallar onun 

özünə məxsusdur və ya o, güman edir ki, materialların sahibi yoxdur və yaxud materiallar sahibi tərəfin-

dən atılmışdır və s. Əgər emal edən vijdansız hərəkət edərsə, yəni materiallardan onun mülkiyyətçisinin 

razılığı olmadan, qəsdən bilə-bilə istifadə edərsə və bu materialların özgəsinə məxsus olmasını bilərsə və 

ya bilməyə borclu olarsa, qanun materialların mülkiyyətçisinə hazırlanmış yeni əmlakı onun mülkiyyətinə 

verilməsini, habelə ona vurulan zərərin ödənilməsini tələb etmək ixtiyarı verir (MM-in 188-ci maddəsinin 

3-cü bəndi); 




 

272


 emal edən şəxs daşınar əmlakı özü üçün hazırlamışsa. Əgər əmlak kommersiya məqsədi üçün hazırla-

narsa, emal edən şəxs həmin əmlaka mülkiyyət hüququ əldə edə bilməz. 

MM-in  188-ci  maddəsinin  1-ci  bəndində  ifadə  edilən  bu  şərtlərdən  hər  hansı  birinin  olmaması  emal  edən 

şə

xsin hazırlanmış daşınar əmlaka mülkiyyət hüququ əldə etməsini istisna edir və onu aradan qaldırır. Belə hal-



da əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. 

Dediklərimiz bizə belə nəticəyə gəlmək imkanı verir ki, materialların emalı yolu ilə hazırlanmış yeni daşınar 

ə

mlaka kimin mülkiyyət hüququ əldə etməsi məsələsi, birincisi, materialların dəyəri və işin qiyməti (emalın də-



yəri) müqayisə olunmaq əsasında həll edilir; ikincisi, bu məsələnin həlli emal edən şəxsin vijdanlı və ya vijdan-

sız hərəkət etməsindən asılıdır; əgər əməl edən şəxs vijdansız hərəkət edərsə, hətta emalın dəyəri (işin qiyməti) 

materialların dəyərindən dəfələrlə çox olsa da mülkiyyət hüququnu o, yox, materialların mülkiyyətçisi əldə edir. 

Odur ki, vijdansız emal edən şəxs heç vaxt yeni hazırlanmış əşyaya mülkiyyət hüququ əldə etmir. Bu, məlum 

məsələdir. 

Emal yolu ilə hazırlanmış yeni əmlaka kimin mülkiyyət hüququ əldə etməsindən asılı olaraq ödəniş həyata 

keçirilir. MM-in 188-ci maddəsinin 2-ci bəndi emal vaxtı görülən işin və istifadə edilən özgə materiallarının də-

yərinin  kompensasiya  edilməsi  ilə  əlaqədar  yaranan  hüquq  münasibətlərini  qaydaya  salır.  Belə  ki,  hazırlanan 

yeni  əmlaka  mülkiyyət  hüququ  əldə  edən  —  materialların  mülkiyyətçisi  emal  vaxtı  görülən  işin  dəyərini 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   846   847   848   849   850   851   852   853   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin