Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə854/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   850   851   852   853   854   855   856   857   ...   1820
daşınar əşyasını tərkib hissəsi kimi həmin sahəyə birləşdirməsindəibarətdir; söhbət mülkiyyətçinin öz tor-

paq  sahəsində  özgəsinə  məxsus  olan  materiallardan  (daşınar  əşyalardan)  istifadə  etməklə  tikili  ujaltmasından 

gedir. Məlum məsələdir ki, belə halda torpaq sahəsi mülkiyyətçisinin mülkiyyət hüququ həmin əşyaya da şamil 

edilir.  Məsələn,  o,  torpaq  sahəsində  tikili  ujaltmaq  üçün  özgə  şəxsə  məxsus  olan  tikinti  materiallarından  (se-

ment, qum, taxta, parket və s.) istifadə edir. 

kinci forma isə əyyəşəxsin özünün daşınar əşyalarını özgəsinin mülkiyyətində olan torpaq sahəsi 



ilə birləşdirməsini əhatə edir; söhbət materialların (daşınar əşyaların) mülkiyyətçisinin özgəsinə məxsus olan 

torpaq sahəsində tikili ujaltmasından gedir. Bu halda da həmin daşınar əşyalara torpaq sahibinin (mülkiyyətçi-

nin)  mülkiyyət  hüququ  aid  edilir.  Bu,  Roma  hüququnun  müəyyən  etdiyi  belə  bir  qaydaya  uyğun  gəlir: 

«Superficies solo cedit», yəni torpaq kimə məxsusdursa, tikili də onun mülkiyyətinə daxil olur. Məsələn, müəy-

yən şəxs özgəsinin torpaq sahəsində daşınar əşyalardan müxtəlif tikililər (yaşayış evi, körpülər, anbarlar və s.) 

ujaldır. Belə halda tikililər şəxsin yox, torpaq sahəsi sahibinin mülkiyyətinə keçir.  

Torpaq sahəsinə yardımçı əşya (ləvazimat) birləşdirilərsə, bir qayda olaraq, torpaq sahibinin mülkiyyət hü-

ququ ona da şamil edilir. Amma tərəflərin razılaşmasında mülkiyyət hüququnun yardımçı əşyaya aid olmaması 

nəzərdə tutula bilər (MM-in 135-ci maddəsinin 11-ci bəndi). Belə ki, əşyanın tərkib hissəsindən fərqli olaraq, 

yardımçı əşya müstəqil surətdə fiziki cəhətdən (təsərrüfat cəhətdən yox) mövcud olur və zədələnmədən, dağıl-

madan əsas əşyadan ayrıla bilər. Buna görə də yardımçı əşyalar təsərrüfat cəhətdən müstəqil olmasalar da, onla-

rın  müstəqil  surətdə  mülkiyyət  hüququnun  obyekti  kimi  çıxış  etməsi  istisna  olunmur,  mümkündür.  Məsələn, 

ə

gər torpaq sahəsi əsas (baş) əşyadırsa, kənd təsərrüfatı avadanlığı isə yardımçı əşya sayılır. Belə halda torpaq 



sahibinin mülkiyyət hüququnun həmin avadanlığa şamil edilməsi üçün tərəflərin sazişi və razılığı gərəkdir. 

Birləşmə üsulunun ikinci halı iki və daha artıq daşınar əşyanın birləşməsini əhatə edir. Bu halın mahiyyə-

ti ondan ibarətdir ki, müxtəlif şəxslərə məxsus olan bir neçə daşınar əşya birləşən zaman həmin əşyalara mül-

kiyyət hüququ da birləşir. Belə halda əvvəlki mülkiyyətçilər yeni əşyanın paylı mülkiyyətçilərinə çevrilir və 

onların paylı mülkiyyət hüququ yaranır. Hər bir mülkiyyətçinin payı həmin əşyaların birləşməzdən əvvəlki 

dəyərinə uyğun olaraq müəyyənləşdirilir (MM-in 191-ci maddəsinin 1-ci bəndi). Məsələn, bir kənddə yaşayan 

qadın özünəməxsus ipdən və qonşunun malik olduğu materiallardan (ip, boyaq və s.) təsadüfən və ya səhvən is-

tifadə etməklə xalça toxuyur. Başqa bir misalda usta təsadüfən dörd nəfər vətəndaşa məxsus olan bandan, mü-

hərrikdən, ramadan, təkərlərdən və digər detal və mexanizmlərdən avtomobil yığır. Belə halda daşınar əşyalar 

yeni vahid əşyanın (avtomobilin) tərkib hissələrinə çevrilir. Daha başqa bir misalda şəxs səhvən paltara özgə 

şə

xsə məxsus bəzək-düzək və zinət şeyləri bərkidir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   850   851   852   853   854   855   856   857   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin