qanunla qorunan mənafelərini pozmamalı və ya vətəndaşların həyatı və sağlamlığı
üçün təhlükə yaratmamalıdır.
Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədikdə, həmin tikili onu özbaşına tikdirən şəxs
tərəfindən və ya onun hesabına sökülür. Belə halda sökülən tikilinin inşaat materialları həmin tikinti aparmış
şə
xsin mülkiyyətində qalır.
Göstərilən üsul bəzi xarici ölkə qanunvericiliyinə də məlumdur. Məsələn, RF-in, Majarıstanın, Çexiyanın və
s. ölkələrin mülki məcəllələrində belə üsul nəzərdə tutulmuşdur.
3. Emal mülkiyyət hüququnun əldə edilməsinin
ilkin üsulu kimi
Mülkiyyət hüququnun əldə edilməsinin emal üsulu MM-in 188-ci maddəsində nəzərdə tutulmuşdur. MM-də
bu, yeni maddədir və mülkiyyət hüququnun əldə edilməsinin xüsusi halını müəyyən edir. Emal üsulu hüquq
ə
dəbiyyatında spesifikasiya üsulu da adlanır (spesifikasiya əşyanın spesifik, yəni özünə xas olan xüsusiyyətlə-
rinin müəyyən edilməsidir). Spesifikasiya üsulunu hələ Roma hüququ «specificatio» adı altında nəzərdə tut-
muşdu. «Specificatio» və ya özgə əşyasını dəyişdirmək (düzəltmək) dedikdə, yeni əşyanın (nova species) hazır-
lanması başa düşülürdü.
Emalın hüquqi anlayışı RF-in Ailə Məcəlləsinin 59-cu maddəsində ifadə edilmişdir. Bu maddəyə görə, emal
anlayışına aiddir: malın (əmtəənin) hazırlanması; montac, quraşdırma və başqa hala salma vasitəsilə maldan ye-
ni mal hazırlamaq; bərpa etmək və ya qaydaya salmaq da daxil olmaqla malın təmiri və s. Emalın obyekti kimi
həm materiallar və ya xammal, həm də hazır mallar çıxış edə bilər.
MM-in 188-ci maddəsinə görə, emal dedikdə, bir şəxsin ona məxsus olmayan, başqa sözlə desək, digər şəxsə
məxsus olan materiallardan əşya hazırlaması başa düşülür. Emal yolu ilə şəxs başqa şəxsin malik olduğu mate-
riallardan istifadə etməklə yeni əşya hazırlayır; bu zaman materialların mülkiyyətçisinin razılığı alınmır və buna
görə də emal edən şəxs həmin materiallardan qeyri-legitim (qeyri-qanuni) istifadə edir; bu xüsusiyyət emalı
yeni yaradılmış əmlaka mülkiyyət hüququnun əmələ gəlməsinin adi qaydasından fərqləndirir. Belə halda hazır-
lanmış və ya yaradılmış əşyaya mülkiyyət hüququ MM-in 188-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Hə-
min maddədə ifadə edilmiş ümumi qaydaya görə, hazırlanmış yeni daşınar əmlaka mülkiyyət hüququnu materi-
alların mülkiyyətçisi əldə edir, bu şərtlə ki, müqavilədə başqa qayda nəzərdə tutulmasın.
MM-in 188-ci maddəsində nəzərdə tutulan bu qayda dispozitiv xarakter daşıyır. Müqavilədə emal etmək yo-
lu ilə hazırlanan yeni daşınar əmlaka mülkiyyət hüququnu emal edən şəxsin əldə etməsi də müəyyən edilə bilər.
Emal edən şəxsin mülkiyyət hüququnu əldə edə bilməsi üçün aşağıdakı şərtlərin mövcud olması vacibdir:
●
əgər emalın dəyəri daşınar əmlakın hazırlandığı materialların dəyərindən xeyli (əhəmiyyətli dərəcədə)
Dostları ilə paylaş: |