min əmlakın yaranmasına yönələn müvafiq istehsal fəaliyyətinin sonu ilə şərtlənir. Özü də şəxs yeni daşı-
nar əmlak yaradarkən və ya hazırlayarkən qanunun tələblərinə riayət etməlidir. Bəzi hallarda əşyanın hazırlan-
ması üçün lisenziya (icazə) alınması tələb olunur. Məsələn, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün
məmulatlarının istehsalı üçün prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş siyahıya uyğun
olaraq, müvafiq icra hakimiyyəti orqanlarından xüsusi razılıq (lisenziya) alınmalıdır. Şəxsin qanunun tələbləri-
nə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir
(MM-in 181-ci maddəsinin 3-cü bəndi).
Neft, qaz və kömürün hasil edilməsini, yaşayış evinin, qaracın, bağ evinin və digər obyektlərin tikilməsini
yeni əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsuluna misal göstərmək olar. Bəzi əmlak növlərinin hazırlan-
ması cinayət məsuliyyətinə səbəb olur. Məsələn, qanunsuz olaraq silah hazırlama; qanunsuz olaraq narkotik va-
sitələr hazırlama; qanunsuz olaraq güjlü təsir edən və zəhərli maddələr hazırlama və s. Belə halda hazırlanmış
predmetlər alınır və mülkiyyət hüququ əmələ gəlmir.
Göstərilən üsulu bəzi xarici ölkə qanunvericiliyi də tanıyır. Məsələn, spaniyanın, RF-in və s. ölkələrin mül-
ki məcəllələrində həmin üsula rast gəlmək mümkündür.
Dostları ilə paylaş: |