Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə843/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   839   840   841   842   843   844   845   846   ...   1820
3. Mülkiyyət hüququnun əmələ gəlməsinin digər üsulları 

Mülkiyyət hüququnun əldə edilməsi üsulları hüquqi varislik meyarından əlavə, həm də digər əlamətə görə 

növlərə bölünə bilər. Mülki hüquq subyektlərinin mülkiyyət hüququnun əldə edilməsi üsullarından istifadə 

etmək imkanına malik olması əlamətinə görə mülkiyyət hüququnun əmələ gəlməsinin iki üsulu fərqləndirilir: 

ümumi mülki (ümumi) üsul; xüsusi üsul. 




 

269


Ə

gər mülki hüququn hər hansı bir subyekti mülkiyyət hüququnun əmələ gəlməsinin mümkün olan üsulları-

nın hamısından (çoxundan) istifadə edərsə, belə üsula mülkiyyət hüququnun əldə edilməsinin ümumi üsulu 

deyilir. Məsələn, alqı-satqı müqaviləsi və ya vəsiyyət üzrə vərəsəlik nəticəsində mülki hüququn hər hansı bir 

subyekti mülkiyyət hüququ əldə edə bilər. 

Ə

gər mülkiyyət hüququnun əmələ gəlməsinin üsulu yalnız məhdud dairə və kateqoriya subyektlər tərəfindən 



istifadə edilərsə, belə üsul xüsusi üsul adlanır. Xüsusi üsula milliləşdirməni, həczi və müsadirəni misal göstər-

mək olar. Ona görə ki, mülki hüququn subyektlərindən yalnız dövlət bu üsullardan istifadə etməklə mülkiyyət 

hüququ əldə edə bilər. Vergi yığılması və rüsum alınması kimi üsullar da xüsusi üsullar sayılır. Bu üsuldan isti-

fadə etməklə bələdiyyələr mülkiyyət hüququ əldə edirlər. 

Mülkiyyət hüququnun əldə edilməsinin ümumi üsulundan isə mülki hüququn istənilən subyekti istifadə et-

məklə əmlaka sahib ola bilər. Məsələn, ümumi üsullar sayılan müqavilə bağlamaq və vəsiyyət üzrə vərəsəlik 

yolu ilə hər hansı bir subyekt mülkiyyət hüququ əldə edə bilər. 

Mülkiyyət hüququnun əmələ gəlməsinin bəzi üsulları müəyyən bir halda ümumi mülki üsul kimi, digər halda 

isə xüsusi üsul kimi çıxış edə bilər. Məsələn, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödənişlər və 

ya vergilər xüsusi mülkiyyətə münasibətdə xüsusi üsul, dövlət mülkiyyətinə münasibətdə isə ümumi üsul hesab 

edilir. 

Yeri gəlmişkən, mülkiyyət hüququnun əmələ gəlmə əsasları anlayışı ilə mülkiyyət hüququnun əmələ gəlmə 

üsullarını fərqləndirmək lazımdır. Mülkiyyət hüququnun əmələ gəlmə əsasları mülkiyyət titulu və ya hüquqya-

radıcı hüquqi faktlardır. Mülkiyyət hüququnun əmələ gəlmə üsulları dedikdə isə müvafiq hüquqi faktlar əsa-

sında yaranan hüquq münasibətləri başa düşülür. 

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarına şamil edilir: 

 əldə etmə müddəti (MM-in 181-ci maddəsinin 4-cü bəndi); 



 özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi (MM-in 180-ci maddəsi); 

 şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün yeni əmlak yaratması və hazırlaması (MM-in 



178-ci maddəsinin 2-ci bəndi və 181-ci maddəsinin 3-cü bəndi); 

 emal (MM-in 188-ci maddəsi); 



 əldə edilməsi hamıya müyəssər olan əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi (MM-in 189-cu maddə-

si); 



 sahibsiz daşınar əşyaya mülkiyyət hüququnun əldə edilməsi (MM-in 184-cü maddəsi); 



 tapıntı (MM-in 186-cı maddəsi); 

 özünün pay haqqını tamamilə ödəmiş mənzil, bağ, qarac kooperativi üzvünün və ya başqa kooperativ üz-



vünün, pay haqqı vermək hüququ olan digər şəxslərin mülkiyyət hüququ əldə etməsi (MM-in 178-ci mad-

dəsinin 8-ci bəndi); 

 nəzarətsiz heyvanlar (MM-in 192-ci maddəsi); 



 dəfinə (MM-in 187-ci maddəsi); 

 əmlakı özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən mülkiyyət hüququnun əldə edilməsi. 



Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarına aiddir: 

 alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasın-



da mülkiyyət hüququn əldə edilməsi (MM-in 181-ci maddəsinin 4-cü bəndi); 

 fiziki şəxsin ölümündən sonra ona məxsus olan əmlakın vəsiyyətə və ya qanuna uyğun surətdə vərəsəlik 



üzrə keçməsi nəticəsində vərəsələrin mülkiyyət hüququ əldə etməsi; 

 hüquqi şəxs yenidən təşkil olunduqda, malik olduğu əmlakın hüquqi varislik qaydasında keçməsi nəticə-



sində yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisinin mülkiyyət hüququ əldə etməsi (MM-in 181-ci 

maddəsinin 6-cı bəndi); 

 tradisiya (MM-in 181-ci maddəsi); 



 ani müddət (MM-in 182-ci maddəsi); 

 torpaq sahəsinin tərkib hissəsinə mülkiyyət hüququnun əldə edilməsi (MM-in 190-cı maddəsi); 



 birləşmə nəticəsində yaranan əşyaya mülkiyyət hüququnun əmələ gəlməsi (MM-in 191-ci maddəsi). 

Mülkiyyət hüququnun əldə edilməsinin elə üsulları da vardır ki, bu üsullar ikili xarakterə və təbiətə malikdir, 

yəni bu üsullar bəzi hallarda ilkin üsul kimi, digər hallarda isə törəmə üsul kimi çıxış edir. Əmlakdan istifadə 

nəticəsində əldə olunan bəhər, məhsul və gəlirə mülkiyyət hüququnun əldə edilməsi üsulunu məhz belə üsula 

aid etmək olar (MM-in 134-cü maddəsinin 12-ci bəndi və 181-ci maddəsinin 3-cü bəndi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   839   840   841   842   843   844   845   846   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin