tul adlanır. Əgər mülkiyyət hüququnun əmələ gəlməsi hüquqi əsasa və ya titula malik olmazsa, bu, titulsuz sa-
hiblik adlanır. Belə sahiblik faktiki sahiblik olmaqla qanunda birbaşa nəzərdə tutulduğu halda müəyyən hüquqi
nəticələrin yaranmasına səbəb ola bilər. Məsələn, daşınar əmlakın mülkiyyətçisi olmayan şəxs, əgər ona öz əm-
lakı kimi vijdanla sahiblik (vijdanlı sahiblik, yəni titulsuz sahibliyin bir növü) edərsə, bu əmlaka mülkiyyət hü-
ququ əldə edir.
Azərbaycan Respublikası MM-inin 9-cu fəsli (178-ci-202-ci maddələr) mülkiyyət hüququnun əldə edilməsi
ilə əlaqədar yaranan münasibətləri qaydaya salır. Qanunvericilik mülkiyyət hüququnun obyekti olan əmlakın
xarakterindən asılı olaraq, iki cür mülkiyyət hüququnun əmələ gəlməsini müəyyən edir: daşınmaz əmlaka mül-
kiyyət hüququnun əldə edilməsi (MM-in 178-ci, 179-cu, 180-ci maddələri); daşınar əmlaka mülkiyyət hüququ-
nun əldə edilməsi (MM-in 181-ci-192-ci maddələri). Belə bölgünü Almaniya qanunvericiliyi də müəyyən edir.
spaniya Mülki Məcəlləsi də həmin bölgünü nəzərdə tutur.
Göstərilən bölgünün vacib praktiki əhəmiyyəti vardır. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əldə
edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır; daşınar əmlaka mülkiyyət hüququnun əldə
olunmasının isə dövlət qeydiyyatına alınması tələb edilmir.
Mülkiyyət hüququnun əmələ gəlmə əsaslarını iki yerə bölmək olar:
●
qanuni əsaslar;
●
mülki-hüquqi əqdlər.
Dostları ilə paylaş: |