§ 4. Mülkiyyət hüququnun əmələ gəlmə əsasları və üsulları
1. Mülkiyyət hüququnun əmələ gəlmə əsaslarının anlayışı
Mülkiyyət hüququnun əmələ gəlmə əsasları dedikdə, subyektiv mülkiyyət hüququnun yaranmasını şərt-
ləndirən qanunun əlaqələndirdiyi hüquqi faktlar və ya hüquqi tərkib başa düşülür. Belə fakt rolunda həm hadisə
(məsələn, vərəsəlik əsasında mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan vətəndaşın ölümü), həm də hə-
rəkət (məsələn, müqavilə bağlamaqla əmlakın əldə olunması) çıxış edə bilər.
Mülkiyyət hüququnun əmələ gəlmə əsaslarına sivilistika elmində titul mülkiyyəti (latınja «titulus» — hər
hansı hüququn əsası) də deyilir. Əgər mülkiyyət hüququ müvafiq hüquqi faktlardan əmələ gələn hüquqi əsasa
malik olarsa, buna titul sahibliyi deyilir. Mülkiyyət hüququnun əmələ gəlməsini şərtləndirən hüquqi əsas isə ti-
Dostları ilə paylaş: |