Hüquqi varislik meyarının (hüquqi varislik konsepsiyasının) tərəfdarlarına görə, mülkiyyət hüququnun
ə
mələ gəlməsinin ilkin üsulunda hüquqi varislik olmur; ilkin üsulla mülkiyyət hüququ hüquqi varislik əsasında
yaranmır. Törəmə üsul isə hüquqi varisliyə əsaslanır. Buna görə də onlar milliləşdirməni mülkiyyət hüququnun
ə
ldə edilməsinin törəmə üsuluna şamil edirlər. Hüquqi varislik dedikdə, hüquq və vəzifələrin əvvəlki hüquq sa-
hibindən (hüquqi sələfdən) hüquqi varisə (yeni hüquq sahibinə) keçməsi başa düşülür.
Bizim fikrimizjə, mülkiyyət hüququnun əldə edilməsinin iki üsulunun fərqləndirilməsində əsas kimi hüquqi
varislik meyarının götürülməsi və qəbul edilməsi daha inandırıcıdır. Ona görə ki, mülkiyyət hüququnun əldə
edilməsinin bəzi törəmə üsullarında mülkiyyət hüququ digər şəxslərə əmlakın əvvəlki mülkiyyətçisinin razılığı
(iradəsi) olmadan keçir. Məsələn, vərəsəlik mülkiyyət hüququnun əmələ gəlməsinin törəmə üsuludur. MM-in
1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətin məzmu-
nundan asılı olmayaraq, mirasdan məjburi pay almaq hüququ vardır. Belə şəxslər məjburi vərəsələr adlanır.
Məjburi vərəsələrə əmlak həmin əmlakın əvvəlki mülkiyyətçisinin, yəni miras qoyanın razılığı (iradəsi) olma-
dan keçir. Belə təsəvvür yaranır ki, iradə meyarı mülkiyyət hüququnun əldə edilməsinin iki üsulunun fərq-
Dostları ilə paylaş: |