Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə842/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   838   839   840   841   842   843   844   845   ...   1820
ləndirilməsində əsas kimi götürülə bilməz. Müəlliflərin əksəriyyəti mülkiyyət hüququnun əmələ gəlməsinin 

ilkin və törəmə adlı iki üsulunun ayrılmasında əsas əlamət və meyar kimi məhz hüquqi varisliyi qəbul edirlər. 

Doğrudan da göstərilən üsulları bir-birindən fərqləndirməyin əsasında hüquqi varislik meyarı durur: əgər mül-

kiyyət hüququ hüquqi varislik əsasında əldə olunmazsa, onda söhbət yalnız ilkin üsuldan gedə bilər; yox, əgər 

mülkiyyət hüququ hüquqi varislik əsasında əldə edilərsə, belə halda törəmə üsul göz qabağındadır. 

Beləliklə, ilkin üsul dedikdə, elə bir vasitə başa düşülür ki, bununla əvvəllər heç kimə məxsus olmayan 

əş

yaya mülkiyyət hüququ yaranır və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından 



asılı olmadan mülkiyyət hüququ əmələ gəlir; ilkin üsullar elə üsullardır ki, onların vasitəsi ilə mülkiyyət hü-

ququ birinci dəfə yaranır (belə ki, əmlak əvvəllər heç kəsin mülkiyyətində olmur) və ya müstəqil surətdə, əvvəl-

ki  mülkiyyətçinin  iradə  və  hüququndan  asılı  olmadan  əmələ  gəlir.  Buna  görə  də  mülkiyyət  hüququnun  əldə 

olunma qaydası tərəflərin razılığı və ya əvvəlki mülkiyyətçinin birtərəfli iradəvi hərəkəti ilə yox, qanunla mü-

ə

yyən edilir. 



 Törəmə üsul odur ki, bu üsulla mülkiyyət hüququ hüquqi varislik qaydasında, əsasən, əmlakın əvvəlki mül-

kiyyətçisinin iradəsi ilə əmələ gəlir; törəmə üsullar elə üsullardır ki, onların köməyi ilə mülkiyyət hüququ bu 

hüququn əvvəlki mülkiyyətçisindən yeni mülkiyyətçiyə keçməsinə əsasən, yəni hüquqi varislik qaydasında ya-

ranır;  əksər  hallarda  (məsələn,  alqı-satqı,  bağışlama,  dəyişmə  və  digər  müqavilələr  bağlanan,  vəsiyyət  edilən 

hallarda) mülkiyyət hüququ yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin iradəsi əsasında keçir; bunun nəticəsin-

də əvvəlki mülkiyyətçinin yerini yeni mülkiyyətçi tutur. 

Bəzi hallarda isə mülkiyyət hüququ yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin iradəsi olmadan keçir. Məsə-

lən, qanun üzrə vərəsəlik, milliləşdirmə, müsadirə və rekvizisiya (həcz) kimi üsullarla mülkiyyət hüququ əldə 

olunan hallarda əvvəlki mülkiyyətçinin iradəsi nəzərə alınmır. 

Mülkiyyət hüququnun əldə olunması üsullarının ilkin və törəmə üsullara bölünməsinin həm iqtisadi, həm də 

hüquqi mənası vardır; bu bölgü həm də praktiki əhəmiyyətə malikdir. Belə ki, ilkin üsulla mülkiyyət hüququ 

yaranan zaman mülkiyyətçi (əldə edən şəxs) həmin hüququ tam həjmdə əldə edir. Ona görə ki, mülkiyyətçi (əl-

də  edən  şəxs)  mülkiyyət  hüququnu  başqa  subyektin,  yəni  əvvəlki  mülkiyyətçinin  hüququ  əsasında  qazanmır; 

onun mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin hüququndan asılı deyil. 

Törəmə üsulla mülkiyyət hüququ əmələ gələn hallarda isə yeni mülkiyyətçiyə (əldə edən şəxsə) mülkiyyət 

hüququ əvvəlki mülkiyyətçinin (əmlakı özgəninkiləşdirən şəxsin) malik olduğu həjmdə keçir; yeni mülkiyyətçi-

nin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin hüququndan asılıdır; buna görə də o, həjm baxımından əvvəlki 

mülkiyyətçinin malik olduğundan çox hüquq əldə edə bilməz. Xüsusən də yeni mülkiyyətçiyə mülkiyyət hüqu-

qu yüklə birlikdə (məsələn, girov hüququ ilə birlikdə və s.) keçir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   838   839   840   841   842   843   844   845   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin