materialların qarışdırılması nəticəsində emal edən şəxs səhvən hesab edir ki, emal etdiyi materiallar onun
özünə məxsusdur və ya o, güman edir ki, materialların sahibi yoxdur və yaxud materiallar sahibi tərəfin-
dən atılmışdır və s. Əgər emal edən vijdansız hərəkət edərsə, yəni materiallardan onun mülkiyyətçisinin
razılığı olmadan, qəsdən bilə-bilə istifadə edərsə və bu materialların özgəsinə məxsus olmasını bilərsə və
ya bilməyə borclu olarsa, qanun materialların mülkiyyətçisinə hazırlanmış yeni əmlakı onun mülkiyyətinə
verilməsini, habelə ona vurulan zərərin ödənilməsini tələb etmək ixtiyarı verir (MM-in 188-ci maddəsinin
272
●
emal edən şəxs daşınar əmlakı özü üçün hazırlamışsa. Əgər əmlak kommersiya məqsədi üçün hazırla-
narsa, emal edən şəxs həmin əmlaka mülkiyyət hüququ əldə edə bilməz.
MM-in 188-ci maddəsinin 1-ci bəndində ifadə edilən bu şərtlərdən hər hansı birinin olmaması emal edən
şə
xsin hazırlanmış daşınar əmlaka mülkiyyət hüququ əldə etməsini istisna edir və onu aradan qaldırır. Belə hal-
da əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir.
Dediklərimiz bizə belə nəticəyə gəlmək imkanı verir ki, materialların emalı yolu ilə hazırlanmış yeni daşınar
ə
mlaka kimin mülkiyyət hüququ əldə etməsi məsələsi, birincisi, materialların dəyəri və işin qiyməti (emalın də-
yəri) müqayisə olunmaq əsasında həll edilir; ikincisi, bu məsələnin həlli emal edən şəxsin vijdanlı və ya vijdan-
sız hərəkət etməsindən asılıdır; əgər əməl edən şəxs vijdansız hərəkət edərsə, hətta emalın dəyəri (işin qiyməti)
materialların dəyərindən dəfələrlə çox olsa da mülkiyyət hüququnu o, yox, materialların mülkiyyətçisi əldə edir.
Odur ki, vijdansız emal edən şəxs heç vaxt yeni hazırlanmış əşyaya mülkiyyət hüququ əldə etmir. Bu, məlum
məsələdir.
Emal yolu ilə hazırlanmış yeni əmlaka kimin mülkiyyət hüququ əldə etməsindən asılı olaraq ödəniş həyata
keçirilir. MM-in 188-ci maddəsinin 2-ci bəndi emal vaxtı görülən işin və istifadə edilən özgə materiallarının də-
yərinin kompensasiya edilməsi ilə əlaqədar yaranan hüquq münasibətlərini qaydaya salır. Belə ki, hazırlanan
yeni əmlaka mülkiyyət hüququ əldə edən — materialların mülkiyyətçisi emal vaxtı görülən işin dəyərini
Dostları ilə paylaş: