ödəməlidir. Yeni əmlaka mülkiyyət hüququnu emal edən şəxs əldə etdikdə isə o, materialların itirilməsi
nəticəsində vurulmuş zərərin əvəzini ödəməlidir (MM-in 191-1-ci maddəsinin 1-ci bəndi). Göstərilən bu
qayda dispozitiv xarakterə malikdir. Bu, onu ifadə edir ki, tərəflər müqavilədə başqa qayda da nəzərdə tuta bi-
lərlər.
Emal yolu ilə mülkiyyət hüququnun əldə edilməsi bir çox ölkələrin qanunvericiliyində nəzərdə tutulmuşdur.
Məsələn, Almaniya Mülki Qanunnaməsinə görə, özgəsinin materiallarından istifadə etməklə emal yolu ilə ha-
zırlanan əşyaya mülkiyyət hüququnu əşyanı hazırlayan əldə edir, bu şərtlə ki, emalın dəyəri istifadə edilmiş ma-
terialların dəyərindən xeyli artıq olsun. spaniya Mülki Məcəlləsi müəyyən edir ki, emal yolu ilə hazırlanan ye-
ni əşyaya mülkiyyət hüququ emal edən şəxsə keçir. O, materialların dəyərini onun mülkiyyətçisinə ödəməyə
borcludur. taliya qanunvericiliyinə görə, istifadə edilmiş materialın dəyəri emal yolu ilə hazırlanan əşyanın də-
yərindən xeyli çox olduqda, həmin əşyaya mülkiyyət hüququnu materialın mülkiyyətçisi əldə edir sveçrə Mülki
Məcəlləsinə görə, emal (spesifikasiya), mülkiyyət hüququnun əldə edilməsinin əsas üsulu hesab edilir. Yaponi-
ya qanunvericiliyi müəyyənləşdirir ki, emal, yəni başqa şəxsə məxsus olan materialdan yeni əşya hazırlanan za-
man bu əşyaya mülkiyyət hüququnu, bir qayda olaraq, materialın mülkiyyətçisi əldə edir. Amma yeni yaradıl-
mış əşyanın dəyəri materialın dəyərindən xeyli çox olduğu halda isə bu əşya üzərində mülkiyyət hüququnu
emal edən şəxs qazanır (MM-in 246-cı maddəsinin 1-ci bəndi).
Göstərilən üsulla mülkiyyət hüququ əldə edilməsinə çoxlu misallar çəkə bilərik. Məsələn, dərzinin özgəsinə
məxsus parçadan özü üçün paltar tikməsi, şəxsin özgəyə məxsus taxtadan özü üçün mebel hazırlanması və s.
Dostları ilə paylaş: |