Hər şeydən əvvəl, onu qeyd edək ki, bu üsulla mülkiyyət hüququnun əldə edilməsini neçə-neçə yüz il bun-
dan əvvəl Roma hüququ da nəzərdə tuturdu. Roma hüququ sahibsiz əşyalara mülkiyyət hüququnun əldə olun-
masını «okkupasiya (occupatio)» anlayışı ilə əhatə edirdi. XII Jədvəl Qanunlarında belə bir prinsip ifadə olun-
muşdu: sahibsiz əşya onu birinci olaraq ələ keçirən şəxsin mülkiyyətinə keçir. Okkupasiya dedikdə, özündə
saxlamaq məsqədilə şəxsin əşyanı ələ keçirməsi, mənimsəməsi və ona yiyələnməsi başa düşülürdü.
Sahibsiz daşınar əşyanın anlayışı MM-in 184-cü maddəsinin 2-ci bəndində ifadə edilmişdir. Bu maddəyə gö-
mülkiyyətçisinin sahibliyə xitam verməklə mülkiyyət hüququnu itirdiyi maddi predmetlər başa düşülür. Şəxs
mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi naməlum olan əmlaka, yaxud mülkiyyətçinin imtina etdiyi və ya
mülkiyyət hüququnu itirdiyi əmlaka qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququ əldə edə bilər
275
tapıntı; nəzarətsiz heyvanlar (mal-qara); dəfinə. Bunlara uyğun olaraq sahibsiz əmlak dedikdə, atılmış əmlak,
itirilmiş əmlak (tapıntı), nəzarətsiz əmlak (nəzarətsiz heyvanlar) və qəsdən gizlədilmiş əmlak (dəfinə) başa dü-
ş
ülür.
Azərbaycan Respublikasının 1964-cü il MM-inin 136-cı maddəsi mülkiyyətçisi olmayan və ya mülkiyyətçisi
məlum olmayan əmlak (sahibsiz əmlak) barədə məsələyə aid olsa da, qanunvericilik belə əmlakın hüquqi vəziy-
yətini müəyyən etmirdi. Dövlət mülkiyyəti prezumpsiyası müəyyənləşdirilmişdi. Bu prezumpsiyaya görə,
ə
mlakın başqa şəxsə məxsus olması sübut edilməsə idi, həmin əmlak dövlət mülkiyyətinə keçirdi, yəni əksi sü-
but olunana kimi sahibsiz əmlak dövlət mülkiyyəti sayılırdı. Azərbaycan Respublikasının yeni MM-i sahibsiz
daşınar əmlakı sahibliyə qəbul edən şəxsin mülkiyyət hüququ prezumpsiyası haqqında qayda müəyyən
edir. Şəxs sahibsiz daşınar əşyanı sahibliyə qəbul etdikdə, həmin əşyaya mülkiyyət hüququ əldə edir (MM-in
184-cü maddəsinin 1-ci bəndi). Bununla da dövlət mülkiyyəti prezumpsiyası haqqında müddəa əhəmiyyətini
itirir. Ona görə ki, bu müddəa mülkiyyətin heç bir növünə üstünlük verilməməsi, bütün mülkiyyət formalarının
bərabər olması barədə Konstitusiyanın müəyyən etdiyi qayda ilə ziddiyyət təşkil edir.
Dostları ilə paylaş: