məsini tələb edə bilərlər (MM-in 191-1-ci maddəsinin 1-ci bəndi). Yuxarıdakı misalda torpaq sahəsinin mül-
kiyyətçisi tikdiyi yaşayış evinə mülkiyyət hüququ əldə edir. Amma o, tikinti materiallarının mülkiyyətçisinə vu-
rulmuş zərərin əvəzini ödəməlidir.
5. Əldə edilməsi hamıya müyəssər olan əmlaka
mülkiyyət hüququnun əmələ gəlməsi
Mülkiyyət hüququnun əmələ gəlməsinin bu üsulu MM-in 189-cu maddəsində nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının qanunvericiliyi ilk dəfə olaraq göstərilən üsulla mülkiyyət hüququnun yaranmasını
birbaşa müəyyən edir.
Ə
ldə edilməsi hamıya müyəssər olan əmlaka aiddir: meşədə yığılan giləmeyvə, göbələk və s.; sututarlarda
tutulan balıq; ovlanan su və meşə heyvanları; əldə edilməsi hamıya müyəssər olan digər əmlak növləri. Göstəri-
lən həmin əmlaka bu əmlakı yığan, ovlayan və ya hasil edən şəxsin mülkiyyət hüququ əmələ gəlir. Bu, yalnız o
vaxt mümkün ola bilər ki, yığılması, tutulması, ovlanması və hasil edilməsi hamıya müyəssər olan əmlakın əldə
edilməsi ya qanunda nəzərdə tutulsun, ya bu hərəkətlərin edilməsi mülkiyyətçinin verdiyi ümumi icazəyə
Dostları ilə paylaş: |