Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə855/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   851   852   853   854   855   856   857   858   ...   1820
Qarışma (qatılma) daşınar əşyaların birləşməsinin xüsusi halıdır. Qarışma daşınar əşyaların elə birləşməsi 

və qatışmasıdır ki, bu zaman onları fərdiləşdirmək və bir-birindən ayırmaq mümkün olmur. Məsələn, müxtəlif 

mülkiyyətçilərə məxsus olan neftin və  ya taxılın bir-birinə qatılması buna misaldır. Belə hallarda da qarışma 

nəticəsində yaranan əşyaya birgə mülkiyyət hüququ əmələ gəlir. 

Qeyd etməliyik ki, müxtəlif mülkiyyətçilərə məxsus olan daşınar əşyaların birləşməsi müəyyən şərt əsasında 

mülkiyyət hüququnun əmələ gəlmə üsulu kimi çıxış edə bilər. Belə ki, daşınar əşyalar ya təsadüfən, ya da səh-

vən birləşdirilməlidir. 

Bəzi  hallarda  baş  (əsas)  əşyaya  yardımçı  əşya  (ləvazimat)  birləşdirilir.  Belə  halda  baş  (əsas)  əşya  sahibinin 

mülkiyyət hüququ yardımçı əşyaya da şamil edilir, yəni baş (əsas) əşya sahibi yardımçı əşyaya da mülkiyyət hü-

ququ əldə edir. Əşyanın baş (əsas) əşya olub-olmaması, adətən, dövriyyədə yaranmış rəy əsasında müəyyən edilir. 

Məsələn, yaranmış rəyə görə müəyyən etmək mümkündür ki, qol saatı, portret (şəkil), avtomobil, ayaq xizəyi və 

s. əsas (baş) əşya hesab olunur. Məlum məsələdir ki, saatın qolbağı, şəklin çərçivəsi, avtomobilin açarları, ayaq 

xizəyinin ağajları yardımçı əşya kateqoriyasına aid edilir. 

Daşınmaz əşyaların da bir-biri ilə birləşməsi mümkündür. Belə ki, təbii hadisələrin təsiri nəticəsində təsadü-

fən yeni torpaq sahələri (ərazilər) yarana bilər. Belə hadisələrə aiddir: daşqın; torpağın səpələnməsi və ya yerdə-

yişməsi;  çayın  yatağının  və  ya  səviyyəsinin  dəyişməsi  və  s.  Məlum  məsələdir  ki,  bu  kimi  hadisələrin  təsiri 

nəticəsində yeni ərazi (torpaq sahəsi) əmələ gələ bilər; belə ərazi (torpaq sahəsi) hansı torpaq sahəsinə bitişik-

dirsə, həmin sahəyə də birləşdirilməlidir (MM-in 178-ci maddəsinin 3-cü bəndi). Bu, o deməkdir ki, torpaq sa-

həsinin mülkiyyətçisi yeni əraziyə də mülkiyyət hüququ əldə edir. Belə qayda Fransa,  spaniya, Hollandiya və 

digər xarici ölkələrin qanunvericiliyinə də məlumdur. 

Qeyd etmək lazımdır ki, təbii və ya süni yolla əşyaların bir-birilə birləşməsi əmlakın çoxalmasına səbəb olur. 

Ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   851   852   853   854   855   856   857   858   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin