9. Dəfinə
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsulu kimi dəfinəni Roma hüququ da tanıyırdı. Roma hüququ
dəfinəni «thesaurus» anlayışı ilə əhatə edirdi. Dəfinə dedikdə, çoxdan bəri, xeyli müddət hər hansı yerdə gizlə-
dilmiş istənilən qiymətli əşya başa düşülürdü. Dəfinə tapıldıqda, onun mülkiyyətçisini müəyyənləşdirmək
mümkün olmurdu.
Dəfinə mülkiyyət hüququnun əldə edilməsi üsulu kimi bir sıra müasir xarici ölkə qanunvericiliyinə məlum-
dur. sveçrə Mülki Məcəlləsi dəfinəni mülkiyyət hüququnun əmələ gəlməsinin əsas üsullarından biri kimi xa-
rakterizə edir. taliya Mülki Məcəlləsinə görə, dəfinə dedikdə, gizlədilmiş və ya torpağa basdırılmış elə qiymətli
əş
ya başa düşülür ki, heç kəs bu əşyaya olan hüquqlarını sübut edə bilmir. Dəfinə onun tapıldığı daşınmaz əm-
lakın (tikili və ya sahənin) mülkiyyətçisinə məxsusdur. Əgər dəfinə şəxsin sahəsində təsadüfən aşkar edilərsə,
onda dəfinə onu tapanla dəfinənin müəyyən edildiyi sahəsinin mülkiyyətçisi arasında bərabər qaydada bölünür.
Yaponiya qanunvericiliyinə görə, dəfinəyə mülkiyyət hüququ tapıntıya mülkiyyət hüququnun əmələ gəldiyi ey-
ni (analoci) qaydada əldə edilir (Yaponiya MM-inin 241-ci maddəsi).
Dəfinənin hüquqi recimi MM-in 187-ci maddəsində nəzərdə tutulmuşdur. Dəfinə haqqında qayda müəyyən
edən bu maddə dəfinəyə anlayış verir. Həmin maddəyə görə, dəfinə dedikdə, torpağa basdırılmış və ya başqa
üsullarla gizlədilmiş mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmayan pul və ya digər qiymətli əşyalar başa
düşülür. Belə təsəvvür yaranır ki, bilə-bilə qəsdən gizlədilən hər hansı əmlak dəfinə sayıla bilməz. Yalnız pul,
yəni qızıl və gümüş sikkələr, Azərbaycan Respublikasının milli valyutası və xarici valyuta, habelə qiymətli
predmetlər, yəni külçə, məmulat və parça halında olan qiymətli daşlar, təbii daş-qaşlar (almaz, yaqut, zümrüd,
sapfir, aleksandrit), mirvari, metallar (qızıl, gümüş, platin və platin qrupundan olan metallar) dəfinə hesab edilə
bilər. Bununla dəfinə tapıntıdan fərqlənir. Belə ki, hər hansı bir predmet tapıntı sayıla bilər. Digər tərəfdən dəfi-
nənin tapıntıdan fərqli olaraq mülkiyyətçisi olmur. Bundan əlavə, tapıntı mülkiyyətçinin iradəsindən asılı olma-
dan onun sahibliyindən çıxır. Dəfinə isə pulun və qiymətli predmetin bilərəkdən, qəsdən gizlədilməsi deməkdir.
Məsələn, torpağa basdırmaq, evin divarı arasına qoyub hörmək, iri gövdəli ağacın koğuşunda (oyuğunda) giz-
278
lətmək və s.
Dəfinəni xarakterizə edən bir neçə əlamət vardır:
●
birincisi, dəfinə iri və böyük qiyməti olan sərvətdir;
●
ikincisi, dəfinə qəsdən, bilə-bilə gizlədilmiş sərvətdir;
●
üçüncüsü, dəfinə mülkiyyətçisi olmayan sərvətdir;
●
dördüncüsü, dəfinəyə heç kim özünün mülkiyyət hüququ olmasını sübut edə və təsdiqləyə bilmir.
1964-cü il MM-dən (140-cı maddə) fərqli olaraq, yeni MM dəfinənin hüquqi taleyi barədə yeni qayda müəy-
yən edir. Əgər keçmiş qanunvericiliyə görə, dəfinə dövlət mülkiyyətinə daxil olurdusa, yeni mülki qanunverici-
lik dəfinənin iki kateqoriya şəxsin bərabər payda mülkiyyətinə keçməsi qaydasını nəzərdə tutur. Başqa
sözlə desək, MM-in 187-ci maddəsinin 1-ci bəndinə görə, dəfinə, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsi-
nin, tikilinin və s.) məxsus olduğu şəxslə dəfinəni tapan şəxs arasında bərabər qaydada bölünür. Bu qayda bəzi
xarici ölkələrin müəyyən etdiyi qaydaya uyğun gəlir. Məsələn, Yaponiya qanunvericiliyinə görə, əgər dəfinə
başqa şəxsin mülkiyyətində olan əmlakda (torpaq sahəsində, evin divarlarında və s.) aşkar edilərsə, onda dəfi-
nəyə mülkiyyət hüququnu mülkiyyətçi və dəfinəni tapan şəxs bərabər paylarda əldə edirlər (MM-in 241-ci mad-
dəsi). Bununla iki şəxsin dəfinəyə ümumi paylı mülkiyyət hüququ yaranır. Bu norma dispozitiv xarakterə
malik olduğuna görə dəfinənin bölgüsü barədə onlar arasındakı razılaşmaya görə digər qayda da müəyyən edilə
bilər. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, dəfinənin 70%-i mülkiyyətçiyə, 30%-i onu tapan şəxsə verilsin
və s.
Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid olduqda, elmi dəyərlərə malik əmlak sayıldıqda,
yuxarıda göstərilən qaydadan istisnaya yol verilir və bu barədə xüsusi qayda müəyyən edilir. Bu cür dəfinə döv-
lət mülkiyyətinə keçir (MM-in 187-ci maddəsinin 3-cü bəndi). «Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında» 10 aprel 1998-ci il tarixli qanunun 15-ci maddəsinə görə, dəfinələrdə aşkar edilmiş və ya tapılmış
abidələr dövlətə təhvil verilir, habelə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxs mükafat alır. Mükafatın məblə-
ğ
i dəfinənin dəyərinin əlli faizi miqdarında müəyyən edilir. Mükafat dəfinənin gizlədildiyi torpaq sahəsinin və
ya digər əmlakın mülkiyyətçisi ilə dəfinəni aşkar etmiş şəxs arasında bərabər qaydada bölünür (MM-in 187-ci
maddəsinin 3-cü bəndi). Bununla onlar mükafata ümumi paylı mülkiyyət hüququ əldə edirlər. Göstərilən
şə
xslər arasındakı razılaşmaya görə mükafatın bölgüsü barədə başqa qayda da müəyyən edilə bilər. Mükafat
Dostları ilə paylaş: |