12. Əldə etmə müddəti
Ə
ldə etmə üsulu ilə mülkiyyət hüququnun əldə edilməsi qədim Roma hüququ ilə bağlıdır. Roma hüququ bu
üsulu «usucapio» adlandırırdı Roma hüququ əldə etmə müddəti institutunu ona görə yaratmışdı ki, hər hansı əş-
yaya mülkiyyət hüququ həmişəlik və ya müəyyən müddətə naməlum qalmasın.
Ə
ldə etmə müddəti institutu Azərbaycan Respublikasının MM-də yeni anlayışdır. Sovet dövrünün mülki
məcəllələri belə institutu tanımırdı. Bir çox xarici ölkələrin qanunvericiliyində — Almaniyanın, taliyanın, s-
veçrənin, Çexiyanın, Majarıstanın, Bolqarıstanın və digər ölkələrin normativ aktlarında əldə etmə müddəti mül-
kiyyət hüququnun əmələ gəlməsinin üsullarından biri kimi nəzərdə tutulur. Məsələn, Almaniya Mülki Qanun-
naməsinin 937-ci paraqrafına görə, on il müddətinə əşyaya mülkiyyət hüququ əsasında vijdanla sahiblik edən
və mülkiyyətçi olmayan şəxs ona mülkiyyət hüququ əldə edir. Həmin Mülki Qanunnamənin 937-945-ci paraq-
rafları əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququnun əmələ gəlməsi üzrə münasibətləri tənzimləyir. Əldə
etmə müddəti konstruksiyası Yaponiya qanunvericiliyinə də məlumdur. Bu qanunvericiliyə görə, yalnız müəy-
yən şərtlər mövcud olduqda əldə etmə üsulu əsasında mülkiyyət hüququ əldə edilə bilər: birincisi, daşınmaz əş-
yanın mülkiyyətçisi olmaq niyyəti; ikincisi, daşınmaz əşyaya dinj və açıq sahiblik edilməsi; üçüncüsü, on il
müddətin ötməsi.
Ə
Dostları ilə paylaş: |