mülkiyyət hüququnu (MM-in 154-cü maddəsi); dövlət mülkiyyət hüququnu (MM-in 155-ci maddəsi); bələ-
diyyələrin mülkiyyət hüququnu (MM-in 156-cı maddəsi). Mülkiyyət hüququnun belə bölgüsü mülki hüququn
subyekt tərkibi kimi əlamətə görə müəyyən edilir.
Mülkiyyət hüququnun Konstitusiyada nəzərdə tutulan üç forması müxtəlif növlərə bölünür. Xüsusi mülkiy-
yət hüququ iki növə ayrılır: fiziki şəxslərin mülkiyyət hüququna; hüquqi şəxslərin mülkiyyət hüququna.
Fiziki şəxslərin mülkiyyət hüququnun müxtəlif növləri fərqləndirilir: Azərbaycan Respublikası vətəndaş-
larının mülkiyyət hüququ; əjnəbilərin mülkiyyət hüququ; vətəndaşlığı olmayan şəxslərin mülkiyyət hüququ.
Hüquqi şəxslərin mülkiyyət hüququ iki yerə bölünür: kommersiya təşkilatlarının mülkiyyət hüququ; qeyri-
kommersiya təşkilatlarının mülkiyyət hüququ. Kommersiya təşkilatlarının mülkiyyət hüququnun müxtəlif
növləri fərqləndirilir: təsərrüfat cəmiyyətlərinin mülkiyyət hüququ; təsərrüfat ortaqlıqlarının mülkiyyət hüququ;
kooperativlərin mülkiyyət hüququ. Qeyri-kommersiya təşkilatlarının mülkiyyət hüququ müəyyən növlərə
bölünür: ictimai birliklərin mülkiyyət hüququ; dini qurumların mülkiyyət hüququ; fondların mülkiyyət hüququ
və s. Belə mülkiyyətin xarici dövlətlərin hüquqi şəxslərinin və beynəlxalq təşkilatların mülkiyyəti kimi növləri
fərqləndirilir.
Dostları ilə paylaş: |